Arxiv
2 Dekabr 2018, 15:29 | AKTUAL
Allahşükür Paşazadə BƏYANAT verdi  

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib.

Modern.az-ın məlumatına görə, KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olaraq bəyanat verən Şeyxülislam A. Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və s. dinlərin liderləri də müvafiq olaraq bəyanatlar veriblər.

           
Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri A. Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

           
Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmamasını bildirən A. Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığına və bunun da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açdığına diqqət çəkib. QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyllərini xüsusi vurğulayıb.

          
 QMİ sədru insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu  bildirərək, bunun ağır nəticələri kontekstində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək yerinə yetirilməməsinə diqqəti yönəldib.

   
 XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən Şeyxülislam A. Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini önə çəkib.

“Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac vardır”.

    
Hazırda milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğuna diqqəti çəkən Şeyxülislam bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib. Azərbaycanın müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdən olduğunu vurğulayan QMİ sədri dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkib. O bildirib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğu 10 illik tarixə malik Bakı prosesi məhz bu məramlara xidmət edir. Bu ideyaları irəli sürməklə, onları təqdimat etməklə kifayətlənmədiyimizi, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olananadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərdiyimizi bildirən Şeyxülislam A. Paşazadə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini diqqətə çatdırıb.

   
Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqəti çəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədə müvafiq olduğunu bildirmişdir. O xüsusi vurğulayıb ki, BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınnması üçün dünya dini liderlərinin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir. Şeyxülislam A. Paşazadə diqqətə çatdırıb ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, heç şübhəsiz ki, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və BMT-nin mötəbər beynəlxalq struktur olaraq daha da təkmilləşməsinə, onun nüfuz və dəyərinin daha da artmasına xidmət edər.

        

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34 Bakıda tıxac yarandı 22 Aprel 2019, 09:29 Bu gündən problemli kreditləri olanlara kompensasiya ödənişi başlayır - RƏSMİ 22 Aprel 2019, 09:20 Bu gündən "Formula 1" ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI 22 Aprel 2019, 08:58 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri: “Soyuq beyinlə və isti qanla Dağlıq Qarabağı geri alacağıq” - MÜSAHİBƏ 22 Aprel 2019, 08:53 Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ 22 Aprel 2019, 08:39 Zelenski 73,09, Petro Poroşenko 24,57 faiz səs yığıb- Ukraynada yeni PREZİDENT 22 Aprel 2019, 08:28 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 22 Aprel 2019, 08:20