Modern.az

Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi

Dünya

7 Dekabr 2018, 00:08

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatları keçirib.

 

Türkiyə mediasının məlumatına görə, antiterror əməliyyatları Sinat-Haftanin, Metina və Hakurk bölgələrində təşkil olunub. Əməliyyatlar zamanı 8 terrorçu zərərsizləşdirilib.

Məlumata görə, onlar terror hücumuna hazırlaşırmış.

 

Əməliyyatlar zamanı həmçinin terrorçulara məxsus sığınacaqlar da məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü