20 mart 2019, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..  
Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..  
10.12.2018, 09:45

2018-ci ili geridə qoymağa hazırlaşırıq. Bu il də öz növbəsində Azərbaycan üçün bir sıra məqamlarla yadda qaldı. Daha çox müzakirə olunan məsələlər sırasında Milli Məclisin aktiv keçən müzakirələri,  təklif edilən dəyişiklilər, müxtəlif qanun layihələrinin qəbulu, sosial-siyasi sahədə özünü göstərən məqamlar da var idi.

Milli Məclisin 2018-ci ildəki fəaliyyəti barədə Modern.az-ın sorğusunu cavablandıran parlament jurnalistləri də fərqli fikirlər səsləndiriblər. Həmkarlarımızın dəyərləndirməsini təqdim edirik:

 “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu Milli Məclisin 2018-ci ildəki fəaliyyətini qənaətbəxş hesab edir. O diqqətə çatdırıb ki, kifayət qədər qanuna dəyişikliklər edilib:

“Əksəriyyəti də qanunlardakı boşluqların doldurulmasına kömək edəcək. Qəbul olunan qanunlardan, qanun dəyişikliklərindən ən önəmli saydığım yoxdur. Yəni yaddaqalan nəsə qəbul edilməyib. Gələn ilki sessiyalarda çox istərdim ki, orqan transplantasiyası, meyitdən orqan köçürülməsi ilə bağlı qanun qəbul edilsin. Bu qanunun parlamentdə və ictimai müzakirəsi keçirilib. Mən başa düşürəm, çətinlik var, mental məsələlər mövcuddur ki, bunu qəbul etmək çətindir. Amma mümkünsüz deyil. Təbliğat aparmaq lazımdır, meyitdən orqan köçürülməsinin faydalı olduğunu cəmiyyətə aşılamaq lazımdır ki, ölü sahibi razılıq versin. Çünki bu xəstə olan insanlara bir həyat bəxş etməkdir.

İkinci, çox istərdim ki, gələn sessiyada Rəqabət Məcəlləsi qəbul edilsin. Bu məcəllənin qəbulu, ölkə iqtisadiyyatının inkişafına böyük töhvə verə bilər, reklam bazarını möhkəmləndirər”.


Millət vəkillərinin aktivliyinə gəlincə, parlament yazarı vurğualayıb ki, müsbət fikirlər səsləndirmək çətindir:

“Deputatlarımızın seçiciləri ilə necə işlədiklərindən, açığı, xəbərsizəm. Parlamentin plenar iclaslarında problemləri qabardan deputatlarımız var. İnsanların sosial problemlərini hər zaman diqqətdə saxlayan Vahid Əhmədovun, Əli Məsimlinin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, Zahid Orucun, Əflatun Amaşovun adını çəkə bilərəm. Amma ağzına "su alıb" oturan deputatların sayı çoxdur. Yenə də deyirəm, ümumilikdə 2018-ci ildə parlamentin fəaliyyətini normal qiymətləndirmək olar”.

“Trend”in əməkdaşı Elçin Mehdiyev ilk olaraq, vurğulayıb ki, artıq bir neçə ildir, Milli Məclisin plenar iclaslarından yazır, bütün iclaslarda iştirak edir:

“Milli Məclis hər il mənim yadımda daha çox büdcə müzakirələri ilə qalır. Həm komitələrin birgə iclaslarında, həm plenar iclaslarda nazirlərin və komitə rəhbərlərinin də iştirakı büdcə ilə bağlı qızğın və maraqlı müzakirələr olur, maraqlı təkliflər irəli sürülür. Müxbir kimi bizim üçün də çoxlu sayda xəbər yazmaq imkanı yaranır. Bu baxımdan büdcə müzakirələri hər il daha çox yadda qalan olur. Digər müzakirələrə gəlincə, əlbəttə müzakirə olunan məsələlər çox olduğundan hamısını yadda saxlamaq çətindir, lakin bu il “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və "Peşə təhsili haqqında" qanun layihələrinin qəbul olunması mənim üçün yadda qalan oldu, çünki həmin iclaslarda da maraqlı müzakirələr olmuşdu. Diqqətimdə olan qanun layihələrindən biri də yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsi oldu. Qanun layihəsi birinci oxunuşda qəbul olundu və yəqin ki, ikinci və üçüncü oxunuşda qəbul olunması növbəti il baş tutacaq”.

Modern.az-ın müxbiri Mirmahmud Kazımoğlu deyib ki, il ərzində deputatlar ölkə problemləri, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış etsələr də, bunlar tam reallaşmayıb.

“Ötən dövr ərzində Milli Məclisdə bir sıra yaxşı qanunlar qəbul edilsə də, onların icrasında müəyyən problemlər mövcuddur. Bu da parlamentin səlahiyyətinin az olması ilə bağlıdır. Dəfələrlə iclaslarda da deputatlar Milli Məclisin səlahiyyətlərinin az olmasından gileyləniblər. Amma ümumilikdə istər cari məsələlərin müzakirəsi zamanı, istərsə də qanunların qəbulunda azdan-çoxdan ölkədəki problemlərlə bağlı bəzi deputatlar çıxış ediblər. Onların əməyini də yaddan çıxarmaq olmaz”.


O, qeyd edib ki, il ərzində bir neçə vacib qanun layihələri  qəbul olunub:

“Milli Məclisin Daxili Nizamnaməsinə, Seçki, Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” və s. qanunlara dəyişikliklər edildi. 2019-cu ilin dövlət büdcəsi qəbul olundu. Bundan əlavə, iclaslar zamanı parlament sədri ilə deputatlar arasında yaşanan kiçik mübahisələr də oldu. Ümumilikdə parlamentin bu ilki fəaliyyətini müsbət qiymətləndirirəm”.

 “Üç nöqtə qəzetinin əməkdaşı Elməddin Muradlı xatırladıb ki, 2018-ci ildə əsas layihələrdən biri Vergi Məcəlləri ilə bağlı oldu:

“Bir qədər qalmaqallı olsa da, yeni dəyişikliklərin müəyyən faydaları olacağını düşünürəm. Bir qrup üçün ziyanlı olacağı da istisna deyil.

Büdcə müzakirələrində mənim üçün maraqlı məqam neftin dövlət büdcəsində orta qiymətinin dəyişdirilməsi oldu.

Bu il parlamant fəal idi. Hətta iqtidaryönlü deputatlar da müəyyən sosial problemləri qabardır. Buna baxmayaraq, bəzi sahələrdə köklü islahatlar aparılmalıdır. Məsələn, İnzibati Xətalar Məcəlləsinə demək olar ki, hər iclasda dəyişiklik edilir. Halbuki, bunu birdəfəlik, araşdırıb, qanunları qəbul etmək olar. Ən xırda məsələni belə, keçən iclasda dəyişiblərsə, yenidən müzakirə edib nə isə çıxarırlar.

Sosial sahələrə aid olun dəyişiklikləri isə səbirsizliklə gözləyirəm. Məsələn, “İcbari tibbi sığorta haqqında” qanunun tətbiqi yaxşı olar”.

Azvision.az” saytının parlament müxbiri Anar Kəlbiyev 2018-ci ildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”qanuna edilən dəyişikliyi müsbət qiymətləndirib:

“Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Bu sayaq bir neçə dəyişiklikləri misal göstərmək olar.

Zəruri hesab etdiyim, amma qəbul edilməyən dəyişikliklərə gəlincə, əlbəttə, belələri də var. Yəqin ki,  növbəti sessiyalarda bu məsələlərə baxılar”.


“Report”un parlament yazarı İlkin Pirəli deyib ki, İnzibati Xətalar, Cinayət məcəllələrinə mühüm dəyişikliklər edilir. Həmkarımızın sözlərinə görə, xüsusilə, İnzibati Xətalar Məcəlləsinə çoxmənzilli binaların idarə edilməsi qaydalarının, dərman vasitələrinin topdan satışına dair tələblərin, qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cəzaları nəzərdə tutan əlavələrin edilməsi mühüm məsələdir:

““Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna deputatlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verilməsi, o cümlədən digər konkretləşmələrlə bağlı dəyişiklik də mühüm əhəmiyyət kəsb edirdi. Bu məsələ mübahisəyə də səbəb oldu. Hətta deputat Aqil Abbas da dəyişikliyə qarşı çıxmışdı, o, zarafatla çıxışında “tutaq ki, mənə 150 manatlıq qoyun verirlər, kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyik” sualını verdi, bu da gülüşə səbəb oldu. Pensiyaya çıxanlara (2006-cı il) 25 ilik stajın verilməsi və digər məsələrlə bağlı “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikləri də müsbət qiymətləndirmək olar. Rəqabət Məcəlləsi, "Reproduktiv sağlamlıq haqqında", “Tibbi optika haqqında”, "Kabel şəbəkəsi yayımı haqqında" (ilk oxunuşdan keçib), qanun layihələri müzakirəyə çıxarılmadı. Bundan başqa, insan orqanlarının alqı-satqısı ilə bağlı məhdudiyyətin götürülməsi ilə bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik təklifi irəli sürülmüşdü. Müsbət yanaşma olsa da, konkret layihə təqdim olunmadı, müzakirə də edilmədi. “Diffamasiya haqqında” qanun yenə də diqqətdən kənarda qaldı. Ümumilikdə, Milli Məclisin işini qənaətbəxş hesab etmək olar. Parlamentdə qəbul edilən qanun və qərarlar birbaşa cəmiyyət həyatına təsir edir. Bu baxımdan mənzərəni normal qiymətləndirmək olar”.

 
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə isə, nədənsə son dövrlər qəbul olunan yeni qanunlar, qanunlara edilən əlavə və düzəlişlər daha çox vətəndaşların maraqlarının əksinə olan müddəalarla zəngin olur:

“Cərimələrin, cəzaların artırılması, yenilərinin tətbiq olunması və s. Cərimə, cəza bir tənbeh tədbiridir. Amma təəssüf ki, indi cərimə və cəzalar gerçək mahiyyətini itirib. Bu baxımdan, ayrı-ayrı istisnalar olsa da, mən düşünürəm ki, qəbul edilən qanunları, düzəliş və əlavələri bütövlükdə sosial yönümlü saymaq olmaz”.

“Modertor.az”ın baş redaktoru Zülfüqar Hüseynzadənin sözlərinə görə, elə bir dövrdə və cəmiyyətdə yaşayırıq ki, insanlarımız bəzən dəxli olmayan qurumlardan və səlahiyyət sahiblərindən onları məngənədə sıxan çeşidli sosial problemlərinin həllini gözləyir. Bəzənsə, bunu nümayişkaranə və ya üsyankarcasına tələb edirlər:

“Amma nəzərə almırlar ki, hər bir məmurun, deputatın və ya Milli Məclisin onlara verə biləcəyi fayda gözləntilərindən yüz dəfə azdır. Bu baxımdan Milli Məclisin qanun yaradıcılığına bundan artığına bel bağlamaq doğru deyil. Parlament onun üçün cızılmış sərhədlər çərçivəsində əlindən gələni əsirgəmir və insafən çoxsaylı qanunlar da qəbul olunub. Amma bu qanunların icrası məsələsi zaman-zaman müzakirə-mübahisə predmeti olub və bu problem bu gün da bütün çılpaqlığı ilə ortadadır”.

Z. Hüseynzadə əlavə edib ki, parlamentin "yaddan çıxardığı" qanun layihələri də az deyil:

“Sadalamağa gərək yoxdur. Az qala hər gün bu və ya digər ekspertin təklifləri mediada, sosial şəbəkələrdə müzakirəyə çıxarılır. Yetər ki, parlament rəhbərliyi tərəfindən cəmiyyətin umacaqlarına yerində və adekvat reaksiya bildirilsin”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli bildirib ki, Milli Məclisin builki iclasları əvvəlkilərlə müqayisədə bir sıra məqamlarla yadda qalıb:

“Maraqlı məqamlardan biri ondan ibarətdir ki, parlamentdə əhəmiyyətli qanunlar qəbul edilməklə yanaşı, xeyli sayda səmərəli müzakirələr aparıldı. Xüsusən, cari məslələr zamanı Azərbaycan dövlətinin və vətəndaşların marağı baxımdan çoxsaylı təkliflər irəli sürüldü. Ən qürurverici an ondan ibarət idi ki, millət vəkillərimiz Azərbaycana qarşı ikili siyasət nümayiş etdirən beynəlxalq təşkilatlar və dövlətlərlə bağlı cəsarətli fikirlər irəli sürürdülər. Spiker Oqtay Əsədovla deputat Zahid Orucun polemikaları isə parlamentin iclasına rəngarənglik qatırdı.

Qəbul edilən qanunlara gəldikdə isə ən maraqlı və əhəmiyytli sənədlər vergi islahatları və sosial sığorta ilə bağlı oldu. Hesab edirəm ki, bu qanunlar cəmiyyətimizə bir yenilik gətirəcək. Qəbul olunmasını arzu etdiyim qanunlar isə Rəqbət Məcəlləsi, “Təhsil krediti haqqında” və “Maraqların toqquşması haqqında” bağlıdır. Nədənsə, illərdir ki, bu qanun layihələrinin parlament müzakirəsinə çıxarılmasından imtina edilir. Bir də Dağlıq Qarabağla bağlı dinləmələrin keçirilməsi arzu olunandır”.


“Qafqazinfo”nun müxbiri Günel Türksoy söyləyib ki, bu ilin parlament müzakirələri büdcə məsələri və Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə daha çox yadda qalıb:

“Büdcə müzakirələrində bir sıra maraqlı təkliflər də oldu. Düzdür, təkliflərin əksəriyyəti hökumət tərəfindən maliyyə məsələsi ilə əlaqədar qəbul edilmədi. Amma əmək pensiyaları ilə bağlı qanunda yeniliklər edildi. Əmək və əhalinin sosial müdafiəsi nazirinin gələn ildən bir sıra sahələr üzrə pensiya və müavinətlərin artacağını deməsi müsbət hal idi.
Xüsusilə, qeyd etmək istərdim ki, psixoloji yardım haqqında yeni qanun layihəsinin qəbul olunmasını, uşaqların zərərli informasiyalardan qorunmasına xidmət edən qanunu yüksək qiymətləndirirəm”.

 


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi
20.03.2019, 14:43

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib
20.03.2019, 14:04

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

ARXİV