Modern.az

Bakıda QANUNSUZLUQ - Vətəndaşın mülkünü darmadağın etdilər – FOTO + VİDEO  

Bakıda QANUNSUZLUQ - Vətəndaşın mülkünü darmadağın etdilər – FOTO + VİDEO  

Aktual

17 Dekabr 2018, 18:20

Bakı şəhəri Nəsib bəy Yusifbəyli 19 ünvanında vətəndaşa məxsus qeyri-yaşayış sahibinin icazəsi olmadan dağıdılıb.

 

Modern.az xəbər verir ki, Reqal MTK tərəfindən pilot layihə çərçivəsində qeyd olunan ünvanda bəzi sakinlərlə mənzillərinin və qeyri-yaşayış sahələrinin sökülməsi ilə bağlı razılığa gəlinsə də, Pərvanə Həsənovaya məxsus ümumi sahəsi 291 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilə bağlı razılaşma əldə olunmayıb.  

Məsələ ilə bağlı Modern.az-a məlumat verən mülkiyyətçi deyib ki,  Reqal MTK onlara məxsus qeyri-yaşayış sahəsinə ciddi zərər vurub:

“Bizim obyektin divarları içəridən çatlayıb, bir hissəsi isə dağılıb. Başqa bir hissədən də söküntü aparırlar, digər divarlarda da çatlar yaranmağa başlayıb. Bu nə dərəcədə doğrudur? Sənədli və sənədsiz, öz tələblərini irəli sürürlər. Bizim dövlətimiz var, qanunlarımız var. Bunlar kimə arxayındırlar, niyə bu dərəcədə özbaşınalıq edirlər?”.

Mülkiyyətçi deyib ki, əvvəlcə obyektin  qazını, işığını, suyunu kəsiblər.

“Bizim bütün sənədlərimiz qaydasındadır. Onlar belə qeyri-qanuni işlər görməklə bizə təsir etməyə çalışırlar. Obyektimiz son zamanlara qədər işləyib, amma bir neçə gündür bəzi səbəblərdən işləmir. Bizim tələbimiz odur ki, obyektimizin yerinə başqa bir obyekt versinlər. Dekabrın 11-i ərazidə iş görərkən bizə heç bir xəbərdarlıq etmədən obyektimizin bir hissəsini uçurdular. Biz etiraz edəndən sonra bir neçə saat obyektə dəymədilə, ardınca ayın 12-də ulu öndər Heydər Əliyevin anım günündən istifadə edərək, yenidən söküntülərə başlanıldı. Qonşunun bizim evə birləşik evində söküntüyə başladılar. Həmin vaxt da biz onlara buranın eyni sütun üzərində olduğunu, bizə aid olan hissənin də dağılacağını bildirdik. Şirkət əvvəlcə bizə “səbrli olun” dedi və daha sonra söküntülərə davam etdi. Həmin an içəridə bizim qohumumuz da var idi, xoşbəxtlikdən heç nə olmadı.  O gecə içərisində bütün əşyalarla birlikdə obyektimizi razılığımız olmadan uçurublar. Sonra da izi itirmək üçün yığışdırıb aparıblar. Ancaq sənədin izini itirmək olmur. İki-üç gün ərzində bizimlə danışıqlara gəldilər, dedilər ki işçimiz səhv edib. Yalanlar danışmağa davam etdilər”.

Obyekt sahibi deyib ki, Reqal MTK onların hüquqlarını pozub:

“Bununla bağlı aidiyyəti orqanlara müraciət etmişik. Onlar pilot layihə əsasında əhali ilə razılaşmalıdır. Ancaq bizim razılığımızı almadan içərisində əşyalar olan obyektimizi sökdülər”.

 

Qeyd edək ki, Modern.az-ın əməkdaşı obyekt sökülməmişdən bir gün öncə orada olub, obyektə vurulan zərərin şahidi. Dekabrın 13-ü yenidən əraziyə getdikdə isə obyektin tamamilə söküldüyünün şahidi olub. 

 

Videonu və fotoları təqdim edirik: 

Dekabrın12-si çəkilən görüntü

Bu görüntü isə dekabrın 13-ü çəkilib

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü