Modern.az

Orta məktəbdən yeniyetmələr arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA

Orta məktəbdən yeniyetmələr arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA

18 Dekabr 2018, 14:53

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 182 nömrəli tam orta məktəb bu təhsil müəssisəsində şagirdlər arasında davanın baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, məktəbdən Trend-ə bildirildiyinə görə, bəzi saytlarda məktəbin ətrafında yeniyetmələrin münaqişəsi kimi qeyd olunan hadisənin məktəblə heç bir əlaqəsi yoxdur:

"Sözügedən yeniyetmələrin heç biri məktəbli deyil".

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib. Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci(qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır