Modern.az

Azərbaycanda ən çox dopinq testi güləşdə aparılıb

Azərbaycanda ən çox dopinq testi güləşdə aparılıb

Aktual

25 Dekabr 2018, 12:09

"2018-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən 817 test keçirilib".

Modern.az xəbər verir ki, bunu Agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Ş.Hüseynova vurğulayıb ki, keçirilən testlər ötən illə müqayisədə iki dəfə çoxdur: "2017-ci ildə Agentlik tərəfindən 402 test götürülmüşdü".

Agentlik direktoru qeyd edib ki, ən çox test güləş idman növündə olub - 16,8 faiz: “İkinci yerdə futbol (14,9 faiz), üçüncü yerdə isə velosiped idman növüdür (11,22 faiz)”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü