Modern.az

Ərdoğan Trampın köməkçisinə acıqlandı

Ərdoğan Trampın köməkçisinə acıqlandı

Dünya

8 Yanvar 2019, 15:59

“Con Bolton Türkiyə qarşısında şərt qoymaqla çox böyük səhv edib”.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Donald Trampın  təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun açıqlamasına reaksiya verib.

“Con Bolton ABŞ qoşunlarının Suriyadan çıəxarılması qarşılığında Türkiyəyə şərt qoymaqla böyük səhv edib. Türkiyə Suriya ərazisində terrorçu qruplaşmaların mövcudluğu ilə heç vaxt barışmayacaq”.

 

Xatırladaq ki, Con Bolton ABŞ qoşunlarının Suruiyadan çıxarılmasından sonra türk qoşunlarının Suriya kürdlərinə qarşı döyüşə başlamamalı olduqlarını demişdi. O əks halda, amerikalıların Suriyada qalacalarını əlavə etmişdi.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü