Modern.az

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Dünya

15 Yanvar 2019, 21:39

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana gəlib. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, səfər qeyri-rəsmi xarakter daşıyıb.

 

Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, Baş nazir Mamuka Baxtadze N.Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib. M.Baxtadze N.Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

 

Görüşdə hökumət başçıları iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri barədə müzakirə aparıblar və məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı