Modern.az

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Aktual

16 Yanvar 2019, 13:42

Ölkə başçısının 6 iyul 2018-ci ildə imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Hazırda qanunsuz parklanmaya intelektual nəzarət sisteminin əsas kompanenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilir.

 

Rəsmi məlumata görə, dayanma və durma qaydalarının ən çox pozulduğu yerlər Bakıdakı Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektləri, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələridir.

 

Bununla belə, qaydanı pozan sürücülər, qabaqlayıcı tədbir kimi avtomobilin nömrəsini parça, karton kimi vasitələrlə qapadır. Maraqlıdır, BNA  bu cür sürücülərin qanuna tabe olmasını necə təmin edəcək?

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, nömrənin qapadılmasının özü də qayda pozuntusudur:

“Bu inzibati İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsində öz əksini tapır. Məcəlləyə görə, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə: inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir”.

 

M.Ağayev qeyd edib ki, avtomobilin dövlət nömrə nişanının müxtəlif vasitələrdən istifadə etməklə gizlətməsi "Yol hərəkəti haqqında" qanunun tələbinin kobud şəkildə pozulmasıdır:

“Mövcud qanunvericiliyə əsasən bu cür sürücülərə qarşı inzibati tədbirin görülməsi DYP-nin səlahiyyətlərinə aid məsələdir. Bildirim ki, hazırda BNA və DYP bu məsələdə koordinasiyalı iş aparır. Belə hal aşkarlandığı təqdirdə DYP-a məlumat verilir ki, həmin sürücü barəsində zəruri inzibati tədbir görülsün”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü