Modern.az

“Azərişıq” hələ də gücləndirilmiş rejimdə çalışır  

“Azərişıq” hələ də gücləndirilmiş rejimdə çalışır   

18 Yanvar 2019, 12:21

“Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti  ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. "Azərişıq" ASC-nin əməkdaşlarl elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər”. 

Bunu Modern.az-a "Azərişıq"ın mətbuat xidməti bildirib.

Qeyd edilib ki, hazırda Bakı şəhəri  və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

“Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər.Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər.Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində  zəruri olan mal-materialların ehtiyatı yaradılb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir