Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburq şəhərində keçirilən “Dünya Gözəli-2009” müsabiqəsinin qalibi cırtdan dövlətin vətəndaşı olub. Belələliklə bu ilin düyna gözəli Cəbbəllütarik ölkəsindən olan 22 yaşlıə Kayane Aldorinodur. O, tacı ötənilki müsabiqənin qalibi rusiyalı Kseniya Suxinovadan qəbul edib. Kayane Aldorino müsabiqədə iştirak edən 111 gözələ qalib gəlib. “Dünya Gözəli-2009” müsabiqəsində 2-ci yeri meksikalı Perla Beltran, 3-cü yeri isə Cənubi Afrika Respublikasından olan qız Tatum Keşvar tutub.
|
|
|
|
|
|