Modern.az

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

19 Yanvar 2019, 23:13

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Modern.az xəbər verir ki, hadisə nəticəsində 117 nəfər itkin düşüb.

 

Məlumata görə, xilasedicilər 3 nəfəri xilas edə bilib. Miqrasiya üzrə Beynəlxalq Təşkilatının nümayəndəsi Flavio di Cakomo deyib ki, gəminin göyərtəsində 120 nəfər olub: "İtkin düşənlərin arasında 10 qadın və 2 uşaq var".

 

Miqrantlardan çoxusu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı