Modern.az

Litva öz əsgərlərini Ukraynaya göndərməyə hazırdır

Litva öz əsgərlərini Ukraynaya göndərməyə hazırdır

8 May 2024, 11:44

"Litva öz əsgərlərini Ukraynaya təlim missiyası üçün göndərməyə hazırdır".

 

Modern.az "Financial Times"a istinadən xəbər verir ki, bunu Litva baş naziri İnqrida Şimonite deyib.

 

Onun sözlərinə görə, lakin bununla bağlı Kiyevdən heç bir müraciət olmayıb.

 

“Bəli, Rusiya bunu təxribat kimi qiymətləndirəcək, ancaq biz Rusiyanın reaksiyasını düşünsəydik, o zaman heç nə göndərə bilməzdik", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi