Modern.az

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı

Aktual

22 Yanvar 2019, 15:21

Avropa Parlamentində (AP) Azərbaycan üzrə məruzəçi təyin olunmuş deputat xanım Norika Nikolai bu gün ölkəmizlə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanatın mətni bütün AP üzvlərinə, o çümlədən AP rəhbərliyinə və Avropa İttifaqının əlaqədar qurumlarına göndərilib.

Bəyanatda deyilir:

“Azərbaycanda Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin  qərarını alqışlayıram. Bu onu göstərir ki, bəzi Avropa Parlamenti deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır və ümid edirəm ki, gələcəkdə hər hansı bir bəyanat verməzdən əvvəl  insident barədə hərtərəfli məlumatı  etibarlı mənbələrdən əldə edəcəklər”.


Xatırladaq ki, həbsdəki bloger Mehman Hüseynov dünən - yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasını xahiş edib.


Müraciətə dərhal reaksiya verən Prezident  İlham Əliyev Mehman Hüseynov barəsində açılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora  tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı