Modern.az

Koçaryanı azad edən hakim: “Paşinyandan qorxmuram”

Koçaryanı azad edən hakim: “Paşinyandan qorxmuram”

Dünya

28 Yanvar 2019, 10:15

“Mən Paşinyandan qorxmuram”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Robert Koçaryanı birinci dəfə həbsdən azad edən hakim Aleksandr Azaryan açıqlamasında deyib.

“Paşinyan onun dediyini etməkdən imtina edəcək hakimin kim olduğunu soruşur. Mən həmin hakiməm. Mənim kimi çoxları var. Təzyiqlərə boyun əymək niyyətimiz yoxdur”.

 

Azaryan Robert Koçaryanın həbsdən azad olunması barədə qərar versə də, appelyasiya məhkəməsi yenidən eks-prezident həbs etdirmişdi.

Aleksandr Azaryan 1998-ci ildən 1999-cu ilə və 2001-ci ildən 2006-cı ilə qədər Robert Koçaryanın administrasiyasında çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü