Modern.az

Paşinyandan narazı qalan veteran aclıq aksiyasına başlayıb

Paşinyandan narazı qalan veteran aclıq aksiyasına başlayıb

Dünya

15 Fevral 2019, 16:27

Ermənistanda Qarabağ müharibəsinin keçmiş döyüşçüsü Mqer Mazmanyan rejissor Ovanes Qalstyana dəstək üçün aclıq aksiyasına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə rejissor Ovanes Qalstyan özü açıqlamada deyir.

“3-cü qrup Qarabağ əlili, 7 uşaq atası Mqer Mazmanyan fevralın 15-dən etibarən mənə dəstək üçün aclıq aksiyasına başlayıb”.

 

Xatırladaq ki, rejissor Ovanes Qalstyan “Mənim nənəmin saçları” filminə maliyyə ayrılması üçün Paşinyan hakimiyyətinə müraciət edib və müraciəti cavabsız qaldığı üçün aclıq aksiyasına başlayıb. 

 

    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı