Modern.az

Siyavuş Novruzov İsa Qəmbərə cavab verdi

Siyavuş Novruzov İsa Qəmbərə cavab verdi

Ölkə

6 Fevral 2012, 11:36

“20 ildir partiyaya yeni başqan tapa bilmirlər”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyasının başqanı İsa Qəmbərin hakim partiyanın adının dəyişdirilməsi təklifinə münasibət bildirib. S.Novruzov Modern.az saytına açıqlamasında deyib ki, müsavatçılar bu cür təkliflər verməkdənsə, öz problemlərini həll etsinlər:

“20 ildir Müsavata yeni başqan tapa bilmirlər. Ona görə Müsavat başqanı və digərləri əvvəlcə öz problemlərini həll etsələr, bu zaman hansısa iş görmüş olarlar”.

Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıın sədri Qüdrət Həsənquliyevin Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulması təklifini Siyavuş Novruzov da dəstəkləyib. Müsavat başqanı İsa Qəmbər mətbuata açıqlamasında deyib ki, o təklifə dəstək verən YAP deputatları var: “Əgər onlar partiyalarının adını dəyişdirib Yeni Şimali Azərbaycan Partiyası qoysalar, o zaman onların səmimiyyətinə inanmaq olar. Xüsusən də nəzərə alsaq ki, partiyanın adını dəyişmək onların öz əlindədir. İstədikləri vaxt bunu edə bilərlər. Ölkə adı dəyişmək isə ciddi prosedurlar, referendum səviyyəsində addımlar, beynəlxalq səviyyədə ciddi səylər tələb edən məsələdir. Ona görə əgər YAP üzvlərinin fikri ciddidirsə, partiyalarından başlasınlar ki, cəmiyyəti də səmimiyyətlərinə inandırsınlar”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır