Modern.az

Gənclər Bakıda aksiya keçiriblər

Gənclər Bakıda aksiya keçiriblər

Aktual

16 Fevral 2012, 18:48

16 fevralda 40-a yaxın gənc Baıdakı Gürcüstan səfirliyi önündə Gürcüstanda dəyişdirilmiş Türk kənd adlarının və Qardabani və Saqareco rayonunun kəndlərində torpaq islahatı prosesində soydaşlarımızın hüquqlarının bərpa olunması tələbilə etriaz aksiyası keçirib. Aksiyada  “Rədd olsun separatizm”, “Yaşasın dostluq və qardaşlıq”,  “Azərbaycan Gürcüstan dostluğunu pozan bizim düşmənimizdir”, “Gürcüstanda Borçalı Türk toponimləri bərpa olunsun”, “Gürcüstanda Borçalı Türklərinin torpaqları bərpa olunsun”, “Adımız haqqımızdır, haqqımızı qaytarın” və s. şüarlar səsləndirilib. Daha sonar gənclərin hazırladığı qətnamə oxunub, səfirliyə təqdim olunub.
Səfirlik nümayəndələri təşəbbüs qrupunun üzvlərindən biri, “Borçalı” Cəmiyyəti Gənclər Təşkilatının İH-nin sədri Alı Adıgözəli qəbul etmiş, müxtəlif fikir mübadiləsi aparılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı