Modern.az

Azərbaycanda qaçqınlarla bağlı 4 yeni kitab hazırlanır

Azərbaycanda qaçqınlarla bağlı 4 yeni kitab hazırlanır

Aktual

9 Mart 2012, 14:33

Azərbaycan Hüquqşünasları Konfederasiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfidən, “Qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları və meyarları üzrə təlimat”, “Qaçqınların statusuna dair Konvensiya və Protokol”, “Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Qanunvericilik Toplusu” ”Qaçqınların beynəlxalq himayəsi - yaddaş kitabçası” yaxın günlərdə kütləvi tirajla nəşr olunacaq.

Bu barədə Modern.az saytına Azərbaycan Hüquqşünasları Konfederasiyasının ictimaiyyətlə əlaqələr üzrə katibi Əli Fərzəliyev məlumat verib.

Qaçqın və məcburi köçkün problemini nəzərə alaraq qeyd olunan nəşrlərin hüquq – mühafizə orqanları, məhkəmələr və o cümlədədn geniş oxucu auditoriyyasında pulsuz olaraq yayılması nəzərdə tutulur. Vəsaitlərin nəşr olunmasında əsas məqsəd, “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına ictimai dəstəyin təmin olunması, insan hüquq və əsas azadlıqlarının ayrılmaz tərkib hissəsi olan qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının daha da səmərəli müdafiəsi mexanizmlərinə nəzəri yardım etməkdir.

Nəşrlərin məsləhətçiləri hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Çingiz Əsgərov, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdür müavini Bela İsmayılova, redaktoru isə hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri Nadir Adilovdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü