Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına rəis təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sentyabrın 10-da imzaladığı sərəncamla Pənah Hüseyn oğlu Süleymanov Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin olunub.