Modern.az

Spiker Aydın Mirzəzadədən Kolumbiya ilə bağlı təklifini dəstəklədi

Spiker Aydın Mirzəzadədən Kolumbiya ilə bağlı təklifini dəstəklədi

Təhsil

1 May 2012, 14:23

Bu gün Milli Məclisdə keçirilən iclasda çıxış edən deputat Aydın Mirzəzadə Kolumbiya Senatının Xocalı soyqırımını tanımasına diqqət çəkib:

“Azərbaycanın Kolumbiyada, Kolumbiyanın isə Azərbaycanda diasporu yoxdu. Həmçinin onlarla qarşılıqlı səfirliklər yoxdur. Xocalı soyqırımının orada tanınması Azərbaycan diplomatiyasının uğuru deməkdir. Parlamentimizdə dostluq qrupu da yoxdur. Təklif edirəm Kolumbiya Senatına təşəkkür məktubu göndərilsin, parlamentdə Kolumbiya dostluq qrupu yaradılsın”.

Spiker Oqtay Əsədov belə qrupun yaradılacağını və rəhbərinin də Ayın Mirzəzadə olacağını bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü