Modern.az

Zakir Qaralov Ukrayna Baş prokuroruna müraciət edib

Zakir Qaralov Ukrayna Baş prokuroruna müraciət edib

Təhsil

24 May 2012, 15:37

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov "Ukrayna Azərbaycanlıları Konqresi"nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 may 2012-ci il tarixdə Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın Baş prokuroru Viktor Pşonkaya müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla Ukrayna hüquq mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Donetsk Azərbaycanlıları Konqresinin sədri İ.Mahmudov mayın 9-da Makiyevkada  Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedən zaman 2 naməlum şəxsin açdığı atəş nəticəsində 4 güllə yarasından həlak olub.
O, Donetsdə tanınmış iş adamı, xeyriyyəçi, ictimai xadim kimi məşhur idi. Bacarıqlı təşkilatçı olan İ.Mahmudov həm də Donetsdə fəaliyyət göstərən bir sıra müəssisəsinin rəhbəri idi. Kikboksinq üzrə idman ustası olan Mahmudov 2005-ci ildən Donetsk Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ordenlə də təltif olunmuşdu.. Ukrayna KİV-ləri mərhumun sifarişlə qətlə yetirildiyini istisna etmirlər...

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü