Modern.az

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın sessiyasında iştirak edəcək

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın sessiyasında iştirak edəcək

Dünya

2 İyul 2012, 12:49

TÜRKPA nümayəndə heyəti 4-10 iyul 2012-ci il tarixlərində ATƏT PA-nın Monakoda keçiriləcək 21-ci İllik Sessiyasında iştirak edəcək.

Səfərdə TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Kuanış Sultanov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə TÜRKPA baş katibi Ramil Həsənov da daxildir. Sessiya çərçivəsində bir çox ölkələrin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin səfər müddətində qarşılıqlı münasibətləri müzakirə etmək məqsədi ilə TÜRKPA üzv dövlətlərinin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşünün keçirilməsi də planlaşdırılır.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir