Modern.az

Heydər Əliyev rolunu bədii filmdə bu aktyor canlandıracaq - FOTO

Heydər Əliyev rolunu bədii filmdə bu aktyor canlandıracaq - FOTO

Ölkə

28 İyul 2012, 16:22

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev haqqında yeni bədii filmin çəkilişlərinə başlanılıb. Bu barədə Modern.az saytı bir neçə gün öncə məlumat  (//modern.az/articles/26649/1/) yaymışdı.

Modern.az bildirir ki, 3 hissədən ibarət olacaq film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Onun rejissoru Ramiz Fətəliyevdir. Artıq birinci filmin çəkilişləri başlanıb. Rejissor deyib ki, filmin ilkin adı «Ən adi soyad» adlanır, baş rolu isə ukraynalı aktyor Aleksandr Nikitin oynayır.

Modern.az saytı aktyor barədə bəzi məlumatları araşdırıb.

Aleksnadr Nikitin 30 noyabr 1971-ci il noyabrın 30-da Latviyanın Skrunda şəhərində, hərbiçi ailəsində anadan olub. 1983-cü ildə ailəsi ilə birgə Ukryanaya köçüb. Xarkov Dövlət İncəsənət İnstitutunun teatr fakultəsini bitirib. Xarkovda Puşkin adına, Donetskdə Artyom adına rus dram tearrının aktyoru, həmçinin Kiyevdə milli rus dram teatırında çalışıb.

Qeyd edək ki, «Ən adi soyad» filminin ssenari müəllifləri Elmira Axundova və Ramiz Fətəliyevdir. Quruluşçu rejissor Rafiq Əliyev, quruluşçu rəssam Rafiq Nəsirov, operatoru Nadir Mehdiyev, bəstəkar Faiq Sücaəddinovdur.

Birinci film Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədərki dövrü əhatə edir. Ramiz Fətəliyev deyib ki, Heydər Əliyevin həyatının bu dövrü - Naxçıvan KQB-sində işə başlaması və bu quruma rəhbər təyin olunmasınadək olan dövr az araşdırılıb, bəlkə də heç araşdırılmayıb.

Heydər Əliyevi filmdə 5 nəfər canlandıracaq. Onun uşaqlığını oynayacaq aktyorlar hələ seçilir. Gənclik dövrünü aktyor olmayan Əliş Nəsirov canlandırmalıdır.

Aleksandr Nikitin bu rolu oynamağı şərəf saydığını deyib. «Əfsanəvi şəxsiyyət» adlandırdığı Əliyevi canlandırdığına görə böyük məsuliyyət və sevinc hiss etdiyini də əlavə edib.

Modern.az xatırladır ki, bu, Heydər Əliyev haqqında çəkilən ikinci bədii film olacaq. Çünki ilk belə bədii film 90-cı illərin sonlarında çəkilib.
“Bir anın həqiqəti adlı”çoxseriyalı (12 seriya) bədii filmdə 1994-1995-ci illərdə Azərbaycanda baş verən siyasi-ictimai hadisələrdən danışılır. Siyasi triller janrında olan həmin film iki aparıcı süjet xəttinə malikdir. Film 1994-cü ildə prezident yanında xüsusi şöbənin rəisi Şəmsi Rəhimovun öldürülməsilə başlayır və 1994-95-ci illərdəki siyasi hadisələri əks etdirir.


Yeni bədii filmdə Heydər Əliyev obrazını yaradacaq Aleksandr Nikitin

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır