Tezliklə məktəblərdə SMS - gündəlik layihəsi tətbiq olunacaq. İlk əvvəl layihəyə beş pilot məktəb qoşulacaq. Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, pilot layihəyə qoşulan təhsil müəssisələri müəyyənləşib. Həmin məktəblər Bağça – Məktəb – Lisey Kompleksi, 5, 62, 204 və 239 nömrəli məktəblərdir.
Məktəblərin seçilməsində Valideyn - Müəllim Assosiasiyasının (VMA) fəaliyyət göstərməsi də nəzərdə tutulan amil olub.
Layihəyə əsasən şagirdlərin qiymətləri gündəlik olaraq sms vasitəsilə valideynlərinə çatdırılacaq. Lakin bu, məcburi deyil. Valideynlər könüllü olaraq qarşılıqlı müqavilə əsasında layihəyə qoşula biləcəklər. İlkin məlumata görə, xidmət üçün aylıq ödəniş haqqı 5 AZN məbləğindədir.