Modern.az

Turqut Özalın qəbrinin açılması işlərinə başlanılır

Turqut Özalın qəbrinin açılması işlərinə başlanılır

Dünya

27 Sentyabr 2012, 13:27

Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğunun vəkili Oqtay Ərdoğanın rəhbərliyindəki heyət 8-ci prezident Turqut Özalın qəbrinin olduğu Topqapıdakı “Anıt Məzar”ında araşdırmalara başlayıb.

Belə ki, Turqut Özalın vəfatı ilə bağlı qaldırılan iddiaları araşdırmaq üçün Oqtay Ərdoğanın rəhbərlik etdiyi heyət araşdırma aparır ki, qəbir nə vaxt və necə açılsın.

Qeyd edək ki, ölkə başçısı Abdulla Gül Türkiyənin səkkizinci prezidenti, mərhum Turqut Özalın ölümünün səbəblərinin araşdırılması üçün göstəriş verib. A.Gülün təlimatına görə, T. Özalın vəfat etdiyi 17 aprel günü son dəqiqəsinə qədər araşdırılacaq.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü