Ermənistan parlamenti keçmiş xarici işlər naziri Vardan Oskanyanı deputat toxunulmazılığından məhrum edib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, gizli səsvermə zamanı 64 deputat bu qərarın lehinə səs verib.
Xatırladaq ki, eks-nazir rəhbərlik etdiyi “Sivilitas” Fonduna ayrılmış pulun yeyilməsində ittiham olunur.