Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olunub

Jurnalistlər üçün yeni müsabiqə elan olunub

Qarabağ

3 Oktyabr 2012, 11:42

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində - Əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası problemlərinin mediada işıqlandırılması mövzusunda “ən yaxşı məqalə” yazı müsabiqəsini elan edir.

Qurumdan Modern.az-a bildirilib ki, yazı müsabiqəsinə təqdim olunacaq yazılar 03.10.2012 - 15.11.2012-ci il tarixlərində yazılı və elektron KİV-də nəşr olunmalıdır. Məqalənin sonunda yazının “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində elan olunmuş yazı müsabiqəsinə təqdim olunduğunu qeyd edmək mütləqdir.
Mövzunu hərtərəfli, obyektiv araşdırmış, dolğun, məzmunlu məqalə müəllifləri mükafatlandırılacaq.

Mükafat Fondu:
I Yer – 300 AZN
II Yer – 200 AZN

III Yer – 100 AZN. 

Yazılar çap və ya nəşr olunduqdan sonra elektron variantları bu ünvana göndərilsin: [email protected] və ya [email protected]    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü