Modern.az

Milli Ordunun əsgəri həlak olub

Milli Ordunun əsgəri həlak olub

Ölkə

18 Fevral 2010, 17:04

Bu gün saat 13:00 radələrində Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında olan Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində yerləşən mövqelərini atəşə tutublar. ANS-in məlumatına görə, açılan atəş nəticəsində Azərbaycan milli ordusunun əsgəri, Şəki rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Sahil Novruz oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib.

Yaralı əsgərimiz yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Qeyri-rəsmi məlumatlara görə, Sahil Novruzov xəstəxanada keçinib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi fakta münasibət bildirməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü