Modern.az

AZAL-ın sərnişinləri 21 dekabrda təyyarəyə minməkdən qorxmurlar

AZAL-ın sərnişinləri 21 dekabrda təyyarəyə minməkdən qorxmurlar

Ölkə

18 Dekabr 2012, 11:15

“AZAL-ın 21 dekabrla bağlı heç bir problemi yoxdur. Bunu Modern.az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli deyib.

Xatırladaq ki, mayya təqvimindəki “Qiyamət günü” ilə əlaqədar Türkiyənin hava nəqliyyatı iflic olub. Şirkətlərin uçuş üçün biletlər satılmayıb. Bundan başqa, 21 dekabr günündə sərnişinlərin sayının sadəcə Türkiyədə deyil, başqa ölkələrdə də az olduğu bildirilir. Belə ki, həmin günün qorxusundan Avropa və Amerikada da 21 dekabr günündə təyyarələrin boş qalacağı gözlənilir. Hətta həmin gün üçün əvvəldən bilet alanlar uçuşun vaxtının dəyişməsini tələb edirlər.

Məhərrəm Səfərli Modern.az-a açıqlamasında bildirib ki, AZAL-ın dekabrın 21-ə təsadüf edən uçuşları əsla ləğv edilməyib. “AZAL-da belə bir şey yoxdur. Həmin günə bilet alanlar var”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır