Modern.az

“Saytın problemi hələ də qalmaqdadır” – musavat.com-un redaktoru

“Saytın problemi hələ də qalmaqdadır” – musavat.com-un redaktoru

Media

18 Dekabr 2012, 11:41

““musavat.com” saytının bərpa olunması istiqamətində işlər davam edir. Bu gün ola bilsin ki, saytın fəaliyyəti bərpa olunsun”. Bu sözləri Modern.az-a açıqlamasında “musavat.com”-un baş reaktoru Xalid Kazımlı deyib. O bildirib ki, bununla bağlı “Yeni Müsavat” qəzetinin bugünkü sayında qəzetin baş redaktoru Rauf Arifoğlunun geniş yazısı dərc olunub.

“Bizə söz vermişdilər ki, gecə saat 1-də saytın fəaliyyəti bərpa olunacaq. Amma hələ də problem aradan qaldırılmayıb. Bu da ola bilsin ki, hücumun şiddətli olmasından irəli gəlir. Hazırda bizə xidmət göstərən hostinq şirkəti və adminimiz çalışır ki, gün ərzində problemi aradan qaldırsınlar”.

X. Kazımlı qeyd edib ki, keçən dəfə baş verən analoji hadisə zamanı sayt 2-3 gün fəaliyyətini dayandırmışdı. “Bu hücumun da ondan zəif olmadığı güman edilir. Biz çalışırıq ki, bu gün saytımızın fəaliyyətini bərpa edək. Çünki hər dəfə belə hadisələr baş verəndə ziyarətçilərimizi, oxucu sayımızı itiririk. Biz isə bunu istəmirik.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır