Milli Məclisin futbol komandası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan mini-futbol turnirinə qatılacaq. Bu barədə Modern.az-a deputat Fazil Mustafa məlumat verib. “Neftçi", "Kəpəz", "Xəzər Lənkəran” və başqa veteran komandaların iştirak edəcəyi yarışda parlamenti Ülvi Quliyev, Fuad Muradov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Adil Əliyev, Fazil Mustafa, Zahid Oruc, Asəf Hacıyev, Aslan Kərimov, Rauf Əliyev, Azay Quliyevin təmsil edəcəyi gözlənilir. F.Mustafanın sözlərinə görə, deputatların sözügedən turnirə qatılmasında əsas məqsəd ölkədə futbolun inkişafına dəstək verməkdir.
Qeyd edək ki, mini-futbol yarışı bazar günü saat 11.00-da "Neftçi" Futbol klubunun bazasında keçiriləcək.
Anar RÜSTƏMOV