Modern.az

Azərbaycanda 819 qadın məişət zorakılığına məruz qalıb

Azərbaycanda 819 qadın məişət zorakılığına məruz qalıb

Aktual

11 Yanvar 2013, 09:29

Ötən il ərzində məişət zorakılığı zəminində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 230 müraciət daxil olub. Bu barədə Modern.az-a komitədən məlumat verilib.

“2012-ci ilin 6 ayı ərzində qısqanclıq, ailə, münaqişəsi, məişət zorakılığı zəminində zorakılıqla bağlı cinayətlərin sayı 835 olub. Qadınlara zorakılıqla bağlı 819, uşaqlara qarşı isə 16 hal olub. Ötən ilin ilk yarım ili ərzində zorakılıq nəticəsində ölən qadınların sayı 7 nəfər, xəsarət alan qadınların sayı 869, xəsarət alan yeniyetmələrin sayı 15, azyaşlılarln sayı 3 nəfər olub. O cümlədən, xəsarət alan qızların sayı 3 nəfər olub”.

Nihadə Eyyubova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü