Modern.az

TürkPA-nın baş katibi Türkiyə və Moldovaya səfər edəcək

TürkPA-nın baş katibi Türkiyə və Moldovaya səfər edəcək

Ölkə

10 Mart 2010, 14:39

Türkdilli Ölkələrin Parlament Assmbleyasının (TürkPA) baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin (TBMM) 90 illik yubiley tədbirlərində iştirak etmək üçün 13-15 mart tarixində Ankara şəhərində səfərdə olacaq. Modern.az xəbər verir ki, səfər çərçivəsində 90 illik yubileylə bağlı müxtəlif tədbirlərdə iştirak, həmçinin TürkPA-nın gələcək fəaliyyəti və prespektivlərini müzakirə etmək üçün Türkiyə parlamentinin sədri Mehmet Əli Şahin,Türkiyə parlamentinin baş katibi Ali Osman Koca və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə görüşlər nəzərdə tutulur. TürkPA-nın baş katibi bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Parlament Assambleyasının İqtisadiyyat Komitəsinin növbəti sesiyasında iştirak etmək üçün 16-18 mart tarixində Moldovanın paytaxtı  Kişinyov şəhərinə də səfər edəcək. Bu səfər çərçivəsində isə İqtisadiyyat Komitəsinin sesiyasında iştirak, TürkPA-nı tanıtmaq məqsədi ilə sesiyanın iclasında çıxış və QİƏTPA-nın baş katibi Aleksey Kudryavcevlə gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş nəzərdə tutulur. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü