Modern.az

591 müəllifin 506 əsəri dövlət qeydiyyatından keçirilib

591 müəllifin 506 əsəri dövlət qeydiyyatından keçirilib

11 Mart 2010, 10:07

Ötən il ərzində 591 müəllifin və hüquq sahibinin müxtəlif janrlarda 506 əsəri dövlət qeydiyyatından keçirilib. Onlardan 91-i elmi əsərlər və dərs vəsaitləri, 166-sı ədəbı əsərlər, 111-i mətnli və mətnsiz musiqi əsərləri, 45-i multmedia məhsulları, 3-ü kompüter proqramları olub. Modern.az saytı Nazirlər Kabinetinin 2009-cu illə bağlı Milli Məclisə verəcəyi hesabata istinadən xəbər verir ki, göstərilən müddətdə əsərlərin rəsmi dövlət qeydiyyatına görə 1875 manat dövlət rüsumu ödənilib. İl ərzində 47 müəllif müqaviləsi qeydiyyatdan keçirilib.

Hesabatda o da göstərilir ki, əvvəlki illərdən qalan borcların ödənilməsi diqqət mərkəzində saxlanılıb, müəllif və vərəsələrə köçürmə yolu ilə 45568 manat qonorar ödənilib.

Qəribədir ki, hesabatda bu sahədə məhkəmə işləri, qanun pozuntuları və onların aradan qaldırılması barədə Müəllif Hüquqları Agentliyinin hansı işlər görməsi barədə heç bir məlumat verilmir.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır