İranda yenidən güclü zəlzələ olub. Modern.az xarici KİV-lərə istinadən bildirir ki, bu gün İranın Zahedan şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar olması haqda hələlik rəsmi məlumat verilməyib.
qeyd edək ki, dünən İranın Pakistanda sərhəddə bölgəsində 7,8 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 40-dan çox insanın öldüyü bildirilirdi.
Modern.az