Telejurnalist Həmid Herisçinin Modern.az-a “mistik müsahibəsi”nə köşə yazarı Zamin Hacının iradı var:
““Ölülər “ pyesi Azərbaycan ədəbiyyatının ən böyük əsərlərindən biridir. Ona istənilən rakursdan, istənilən baxış bucağından yanaşmaların olmasını təbii qarşılamalıyıq. “Ölülər”də daha çox Qoqolun “Ölü canlar” əsərindən təsirlənmə var. Amma o plagiat deyil. İndiki dövrdə “Ölülər”ə görə diqqət yaranıb ki, o, dini fanatizmi ifşa edib. Hazırda da dinə meyllər güclənib, fanatizm artmaqdadır. Ona görə də də “Ölülər” bu gün yenə də öz aktuallığını artırıb. Məhz bu səbəbdəndir ki , bu gün Mirzə Cəlilə və o tipli insanlara ayrı cür münasibət göstərməklə qərəzlərini ifadə edirlər”.