Modern.az

50 fincan qəhvə – 1 roman

50 fincan qəhvə – 1 roman

Ədəbi̇yyat

25 May 2013, 14:13


Modern.az tanınmış yazıçıların yazı yazma proqramlarını sizlərə təqdim edir.

Onore də Balzak

Balzakın yazma proqramı çox gərgin idi. Axşam 18:00-da yüngül bir yeməkdən sonra yatmağa gedərdi. Gecə 1-də qalxıb yeddi saatlıq bir müddət üçün yazı masasına otururdu. Düz 7 saat fasiləsiz yazardı. Səhər 8-də doxsan dəqiqəlik bir şirniyyat fasiləsi verər, sonra 09:30-dan 16:00 -a qədər tünd qəhvə içərdi. Təxminən 50 fincan! Balzak 16:00-da gəzintiyə çıxar, qayıdıb duş qəbul edər və gündəlik yazma vaxtının yenidən başlayacağı 18:00-a qədər ziyarətçiləri qəbul edirdi.

Uilyam Folkner

Həyatı boyu yazma proqramını  tez-tez dəyişsə də  onun üçün ən  əlverişli vaxt səhər sübh idi. "Yatağımda ölərkən" adlı əsərini gecə növbəsində işləyərkən işə başlamazdan qabaq yazırdı. Səhərlər bir neçə saat yatır, günortadan sonra isə yazırdı, işə gedərkən qəhvə içər, ilhamın gəlməsini isə gözləmirdi.

Tomas Mann

 Həmişə səhər saat 8-də oyanardı. Yataqdan qalxdıqdan sonra  qəhvə içər, duş edib arvadıyla nahar edərdi. Sonra 9-da iş otağına bağlanar və özünü ziyarətçilər, telefon zəngləri ,  ailəsinin müraciətinə bağlayardı. Yazma saatları isə 9-dan günorta radələrinə qədər idi. Bu radələrdə uşaqların səs salması qəti qadağan idi. Zehni ən çox o saatlarda açıq idi və Mann özünə bu saatlar arasında yazma mövzusunda böyük bir təzyiq tətbiq edirdi. Bu zaman müddətində ağlına nəsə gəlməzdisə günün başqa vaxtlarında heç vaxt yazmazdı. Sabahısı gün yenidən saat 9-u gözləyərdi.

Con Milton

Həyatının son 20 ilini  tamamilə kor yaşadı, buna baxmayaraq, şah əsəri sayılan 11 misralıq “İtmiş cənnət” əsərini məhz bu dönəmdə yazdı. Milton hər səhər saat 4-də oyanar və dərin fikrə gedərdi. Əvvəl bir yardımçısına yarım saat boyunca İncildən hissələr oxudardı. Sonra yenə tək qalmağa üstünlük verərdi. Yenidən fikirləşər və səhər saat 7-də köməkçisinin içəri daxil olmasına icazə verərdi.

Corc Sand

Sand yetkinlik həyatının hər gecəsi minimum 20 səhifə yazardı. Hər zaman gecələr dayanmadan  çalışardı. Xəstə nənəsinə baxmaq məcburiyyətində olduğu üçün tək qalıb düşünə fürsətini ancaq gecə saatlarında tapa bilirdi.  Yeniyetməlik illərindən bu vərdişə alışdı.  Gecənin zil qaranlığında qəfildən yatağından qalxaraq yazı yazmaağa başlamaq onun üçün çox adi bir iş idi. Çox zaman da səhərlər gecə nə yazdığını xatırlamazdı.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır