Modern.az

“Ən böyük çətinliyimiz birliyimizin olmamasıdır” - MÜSAHİBƏ

“Ən böyük çətinliyimiz birliyimizin olmamasıdır” - MÜSAHİBƏ

Aktual

19 İyun 2013, 00:01

“Almaniyadakı diaspor təşkilatlarının çoxu siyasi məzmunlu qurumlardır”

Modern.az Azərbaycan Mədəniyyət Evinin təsisçisi Toğrul Əzizin müsahibəsini təqdim edir:

-Toğrul bəy, Azərbaycan Mədəniyyət Evi nə vaxt yaradılıb və belə bir təşkilatın yaradılmasında başlıca məqsəd nədir? Ümumiyyətlə  təşkilatınız əsasən hansı istiqamətlərdə fəaliyyət göstərəcək?

- Əvvəla onu nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycan Mədəniyyət Evi bu ilin aprel ayında Almaniyanın Köln şəhərində yaradılıb və iyun ayının əvvəllərində yerli rəsmi qurumlar tərəfindən qeydiyyata alınıb. Fəaliyyətimizi əvvəlcə bir neçə nəfərlə başlatsaq da, az vaxt keçməsinə baxmayaraq siralarımız genişlənib. Fəaliyyət istiqamətimiz elm, mədəniyyət və incəsənətlə baglı olacaq. Onu da deyim ki, təşkilatımız siyasi bir qurum deyil. Ümumiyyətlə qurucularımız hamısı alman vətəndaşı olan azərbaycanlılardı. Azərbaycandakı daxili siyasi proseslərə qarəşmırıq. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan hər kəsə qapımız açıqdır. Fəaliyyətimiz dövründə Almaniyada Azərbaycan mədəniyyyəti, tarixi, incəsənətini təbliğ etmək, yaşatmaq istəyirik. Ümumiyyətlə Almaniyada Azərbaycanı taniyan da azdır. Burada yaşayan soydaşlarımızın sosial həyatlarında milli dəyərlərimizlə bağlı tədbirlər həyata keçirən təşkilatlar da məhduddur. Bu və digər səbəbələr belə bir qurumun yaradılmasını vacib etdi. Plan və layihələrimiz də çoxdur. Vaxt və şərait imkan verdikcə  xalqımızı sevindirəcək, qürbətdə Azərbaycanın başını uca edəcək şəkildə fəaliyyət göstərəcəyik.
 

-Azərbaycan Mədəniyyət Evinin Almaniyada fəaliyyət göstərən digər diaspor təşkilatları ilə əlaqələri hansı səviyyədədir?

-Azərbaycan Mədəniyyət Evinin fəaliyyət istiqaməti elə bir ideyaya köklənib ki, bütün digər təşkilatlar bizə, bu qurumun yaradılmasına pozitiv yanasırlar.. Azərbaycan Mədəniyyət Evinin fəaliyyətinə dəstək verən hər kəslə çalışmağa hazırıq. Nəticədə məqsəd Azərbaycanın uğurudur. Hesab edirəm ki, Azərbaycandan kənarda  siyasi mənsubiyyətindən asılı olmayaraq yaşayan hər bir soydaşımız ölkəmizin təbliği, onun dünyada tanıdılmasında maraqlıdır və bu işi özünə başlıca vəifə sayır. Azərbaycandan kənarda yaşayan hər bir soydaşımız Azərbaycanın təbliği, onun adının layiqincə tanıdılmasında əlindən gələni əsirgəməməlidir.

-Adından da göründüyü kimi əsasən mədəniyyətimizin təbliğinə diqqət ayırmağı nəzərdə tutursunuz. Konkret bu istiqamətlərdə hansı layihə və tədbirlər keçirməyi daha məqsədəuyğun sayırsınız?

-Azərbaycan Mədəniyyət Evinin fəaliyyət istiqamətlərinə bir neçə məsələlər daxildir. Cari planımız, qarşımıza qoyduğumuz ilk hədəf – həftəsonu məktəbləri açmaqdir. Almaniyada bizim soydaşlarımız məskunlaşıblar. Onların uşaqları burada məktəbə gedirlər. Eyni zamanda onlar buranın dilinə, mədəniyyətinə yiyələnirlər. Burada doğulub böyüyən azərbaycanlı uşaqlar öz milli mədəni irsimizdən istər-istəməz uzaq düşürlər. Nəzərdə tuturuq ki, həftəsonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə baglı kurslar keçilsin. Dili bildikləri halda Azərbaycan dilindəki kitablara, internet səhifələrinə uzaq qalan güneyli soydaşlarımız üçünsə əlifba kursları nəzərdə tuturuq. Eyni zamanda həftə arası günlərdə isə uşaqlar üçün müxtəlif musiqi alətləri kurslari planlaşdırmışıq. Əsas işlərimizdən biri Azərbaycanla bağli sanballı əsərlərin - Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi,  həmçinin erməni yalanları, rus talanları, Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və s. barədə  olan əsərlər, kitabların alman dilinə tərcüməsi, onların kitab şəklində çapı və həmin kitabların Almaniyada yayılmasını təşkil etməkdir.
Bütün bunlarla yanaşı önəmli tarixi, siyasi, elmi, mədəni günlərimizdə yerli elm, mədəniyyət və siyasət adamlarını dəvət edərək təbliğat xarakterli tədbirlər keçirməyi də düşünürük..
Burada yaşayan və ya Azərbaycandakı rəssam, heykəltaraş və digər incəsənət xadimlərinin sərgilərini təşkil etməyi də  planlaşdırırıq. Azərbaycanın təbliği məqsədilə buradakı yerli siyasət, elm və incəsənət xadimlərinin iştirakı ilə gecələr, seminarlar, müxtəlif tanıtım proqramları təşkil etmək də hədəfimizdədir. Bir sözlə fəaliyyətimiz dövründə Azərbaycanı Almaniyada layiqincə təmsil etmək və onu daha geniş mənada tanıtmaq  istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik

-Siz eyni zamanda bir diaspor nümayəndəsi hesab edilirsiniz. Almaniyada Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz? Ümumilikdə, hazırda Azərbaycan diasporunun dünyadakı fəaliyyətini necə dəyərləndirirsiniz?

-Hesab edirəm ki, hələ görüləcək işlər çoxdur. Azərbaycanın müstəqilliyi kimi diasporası da yenidir və buna müqabil olaraq təbii ki, zəif cəhətlərimiz də çoxdur. Almaniyadakı diaspor təşkilatlarının çoxu siyasi məzmunlu qurumlardır. Bizim Mədəniyyət Evi kimi qeyri siyasi qurumlar isə azdır. Onu da qeyd etmək yerinə düşər ki, onların da arasında uğurlu işlər görən soydaşlarımız da var. Bütün halda gələcəyə ümidlə baxmaq və vətənimiz üçün çox çalışmaq lazımdır. Çünki Azərbaycan hər şeyin ən gözəlinə layiqdir.

-Sizcə, diaspor sahəsində çatışmayan cəhətlər nələrdir və daha böyük uğurlara imza atmaq üçün nələri təklif edərdiniz?

-Ən böyük çatışmamazlığımız birliyimizin olmaması və diaspora anlayışımızın zəif olmasıdı. Bu dediklərim əsasən siyasi yönümlü təşkilatlara aiddir. Məsələn Xocalı soyqırımı ilə baglı bir tədbir keçirən hər hansı diaspora təşkilatə fərqli siyasi mənsubiyyəti olan təşkilatlar tərəfindən dəstəklənmir. Bu, kənardan bəlkə də bizim nə qədər zəif bir millət olduğumuzu göstərir. Yəni kənardan baxan bizim erməni məsələsində belə birləşə bilmədiyimizi görüb nə qədər pərakəndə olduğumuzu düsünür. Məsələ isə fərqlidir. İş burasindadır ki, Azərbaycanla bagli tədbir keçiren diaspora təşkilatları, tədbirin xarakter və məzmunundan daha çox Azərbaycanda rəğbət bəslədikləri siyasi partiyaların təbligatını edirlır, Tədbirlərdə Azerbaycan bayrağı qədər Azərbaycandakı siyasi partiya və liderlərin portretləri də olur, Fərqi yoxdur - iqtidaryönlü və ya müxalif partiyalar olsun, Demək olar ki, bütün diaspora təşkilatlarımız belədi. Belə olduqda isə Xocalı dərdi yaddan çıxır və öz aramızda parçalanma baş verir. Ona görə də bu istiqamətdə mövcud olan bütün xırda problemlər aradan qaldırılmalıdır.  Yalnız bu halda biz istədiyimiz uğurlara imza ata bilərik. Əks təqdirdə biz qarşımızaq qoyduğumuz hədəflər, məqsədlərə çətinlikə nail ola bilərik.

-Almaniysda təxminən nə qədər azərbaycanlı yaşayır?

-Hazırda Almaniyada təkcə Azərbaycan Respublikasından gəlib məskunlaşan 30 mindən cox soydaşımız var. İran və Türkiyədən gələn soydaşlarımızı da əlavə etsək yuxarıda qeyd etdiyim rəqəmdən dəfələrlə çoxuq. Soydaşlarımız arasında ən yaxşı təşilatlanan İğdır və Qars azərbaycanlılarıdır.

-Bəs Almaniyada yaşayann azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında nə dərəcədə aktuvdirlər? 

-Almaniyada yaşayan azərbaycanlılar yuxarıda sadaladığım mədəniyyət layihələri və digər proqramları kiçikk və lokal formada da olsa uzun illərdir ki, həyata keçirirlər. Ən çox soydaşımız Irandan gələnlərdir. Amma onlar da quzeylilər kimi əsasən siyasi yönümlü müxtəlif təşkilatlara parçalanaraq güclərini zəiflədiblər.  Hesab edirəm ki, təkcə Almaniyada deyil, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımız həmin ölkələrin ictimai-siyasi həyatına fəal inteqrasiya etməli, o ölkələrin seçkili orqanlarında fəal iştirak etməlidirlər.  Çünki yaşadığın ölkənin ictimai-siyasi həyatına inteqrasiya etməmək sənin o ölkədə hansısa bir uğur əldə etməyinə yönələn manelərdən biridir.

-Azərbaycan Mədəniyyət Evi Almaniyada məskunlaşmış soydaşlarımızı bir araya topralaya biləcəkmi?

-Biz Azərbaycan Mədəniyyət Evi olaraq bütün soydaşlarımızı bir yerə toplaya biləcək bir layihə həyata keçirdiyimizə inanırıq. Cünki qarşımıza qoyduğumuz məqsədlərimiz siyasi əqidəsi, məzhəbi, inancı və doğulduğu məkanı fərq etmədən bütün azərbaycanlıların ürəyincədi. (Olaylar.az)

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü