Modern.az

Dünya güclərinin Azərbaycana qarşı planı ortaya çıxdı

Dünya güclərinin Azərbaycana qarşı planı ortaya çıxdı

Aktual

19 İyun 2013, 09:58

“ABŞ, Rusiya və Fransanın imzaladığı Qarabağ bəyanatı həmsədr ölkələrin iç üzlərini ortaya çıxardı. Onlar bir daha hansı tərəfdə olduqları açıq-aşkar nümayiş etdirdilər”. Bu fikirləri politoloq Qabil Hüseynli dünya liderlərinin – ABŞ, Fransa və Rusiyanın “Böyük səkkizlik” ölkələrinin zirvə toplantısında verdiyi Qarabağ bəyanatını Modern.az-a şərh edərkən bildirib.

Politoloqun fikrincə, bəyanatda Azərbaycanla bağlı gizli mesajlar öz əksini tapıb. Q.Hüseynlinin sözlərinə görə, həmsədr ölkələr bir daha Ermənistanın yanında olduqlarını bəyan etdilər:

“İlk baxışda belə görünür ki, bu bəyanatda tərəflər Qarabağ münaqişəsində sülhün tərəfdarıdırlar. Amma həmsədr ölkələrin bu çağırışı da əvvəlkilər kimi köhnədir. Fərqli bir şey yoxdur. Burada həm ərazi bütövlüyü məsələsi, həm də millətlərin öz müqəddaratını prinsipinin öz əksnini tapması onu göstərir ki, həmsədr ölkələr yenə də ənənəvi yolla gedilir. Burada yeni bir nəticə çıxarmaq da doğru olmazdı. Sülhyaratma prosesi ilə beynəlxalq hüququn iki prinsipi uzlaşdırılmağa çalışılır.
Bəyanatdan açıq-aşkar görünür ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə prinsipi tanınır. Çərçivə sazişini bununla da uzatmağa çalışırlar”.

Politoloq həmçinin bildirib ki, ABŞ Rusiya və Fransanın təzyiqi ilə Azərbaycana dair  mövqeyini büruzə verə bilmir.

“Amerika dövlət katibi səviyyəsində və yaxud da ayrı-ayrı bəyanatlarda Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi vurğulanır. Fransa tərəfindən isə indiyədək belə bir açıqlamaya rast gəlməmişik. Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyü haqqında formal fikirlər söyləsə də,  işğal faktını rəsmən tanımır. Tərəflərin mövqeləri bir qədər fərqlidir. ABŞ-ın mövqeyində əvvəlki dövrlərlə müqayişədə müəyyən dəyişikliyin olduğu sezilir. Amma bu bəyanatda ABŞ öz mövqeyini reallıqda olduğu kimi, ifadə edə bilmir. Bu isə məsələnin həlli yolu deyil. Bu bəyanatla tərəflər Ermənistana qarşı tərəfli mövqe nümayiş etdirdilər. Görünür Rusiya və Fransanın təzyiqi ucbatından ABŞ da onların yedəyində getmək məcburiyyətində qalıb. Burada göründüyü kimi, ərazi bütövlüyü prinsipi arxa plana keçib”-deyə politoloq şərh edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı