Modern.az

Şou-biznes müğənnilərinin ləqəbləri, qondarma titulları - ARAŞDIRMA - II YAZI

Şou-biznes müğənnilərinin ləqəbləri, qondarma titulları - ARAŞDIRMA - II YAZI

Mədəni̇yyət

8 İyul 2013, 11:12

Azərbaycanda şou-biznes adlanan bir camiə var ki, burada çox şey saxtadır. Təbəssümlər də, deyilən xoş sözlər də, hətta verilən titulların, ləqəblərin əksəriyyəti də. Bu dəfə sonuncunun, yəni titulların və ləqəblərin üzərində dayanmaq istərdik.
Son illər bəzi müğənnilər müxtəlif titullara “sahiblənməyə” başlayıblar. Amma bu titulların onlara kim tərəfindən nə zaman verildiyi məlum deyil. Modern.az saytının əməkdaşı kimin hansı titula sahibləndiyini qısaca olaraq araşdırmağa çalışıb. Həmin araşdırmanın ikinci hissəsini sizə təqdfim edirik.

Əməkdar artist Aygün Hümmətovanın daşıdığı “Bəylər” təxəllüsü onun müəllimi, mərhum sənətkar Bəylər Quliyevin adı ilə bağlıdır. Amma buna kimi sənətçinin bir neçə ləqəbi olub-“Oğlan Aygün”, “Kepkalı Aygün”, Balaca Aygün” və sair. Qeyd edək ki, uzun illərdir Aygün Bəylər olaraq tanın sənətçi artıq xeyli vaxtdır Bakıda yaşamır.

Xalq artisti Aygün Kazımovanın da bir neçə ləqəbi var. Ləqəb deyəndə ki, bunlardan bir çoxunu müğənni özü-özünə verib, bəzilərini də ona yaxın olan həmkarlarımız. Məsələn, “Şamplena Aygün”, “Estradamızın Divası”, “Superstar” və sair. Doğrusu, birinci ləqəbi qəbul eləmək olar. Hər halda şamplena nə mənədirsə, bunu sənətçi özü-özünə deyib. Amma diva bir az qəliz məsələdir. Çünki Azərbaycan estradasında diva olmaq üçün ən azı Flora Kərimova, Elmira Rəhimova kimi sənətkarların bildiyinin 10-15 faizini biləsən.

Yadınızdadırsa, bir vaxtlar çoxlarının qulaq asdığı bir müğənni var idi - Qədir Məmmədov, indi var, amma az-az görünür. Sonradan hansısa müsabiqənin, yaxud səsvermənin sayəsində “Qızılsəs” təxəllüsü götürdü. Hələ o vaxt bir neçə sənətkar da həmin ləqəbə, titula etiraz eləmişdi. Hər halda qızıl yetərincə yüksək əyarlı və qiymətli zinət əşyasıdır. Deməli, belədirsə, Qədir Məmmədovun səsi qızıl ola bilməz. Əgər Qədirin səsi qızıldırsa, Oqtay Ağayev, Akif İslamzadənin səsi nədir?

Gənc müğənni Emil Bədəlov isə oxuduğu “Saqqız” mahnısından sonra “Saqqız Emil” kimi tanınmağa başladı. Baxmayaraq ki, buna qədər və bundan sonra sənətçinin yetərincə yaxşı ifaları olmuşdu. Müşahidələrə görə, o, özü də “Saqqız Emil” çağırılanda xoşlanır. Daha nə deyəsən...

Daha bir gənc müğənni Elçin Cəfərovu isə son illərin kəşfi hesab eləmək olar. ATV-nin layihəsi olduğu deyilən Cəfərov oxuduğu bir mahnıdan sonra “Şipşirin” kimi tanınır. “Elçin Şipşirin” – həmkarları onu belə çağırırlar...

Müğənni Rəhim Rəhimli isə “Lider” telekanalında apardığı “Tap dostum”, “Oyna dostum” kimi verilişlərdən sonra uzun illərdir qoruduğu ləqəbsizliyinə “Dostum”u qazandırdı.

Müğənni Günel Zeynalova hələ uşaq yaşlarından ləqəb daşıyır. Təbii ki, buna ləqəb demək mümkünsə. 1999-cu ildə İbrahim Tatlısəsin konsertində İmperator ləqəbli sənətkarın mahnısını oxuyan Zeynalova onunla birgə qardaş ölkəyə yollandı. Təxminən 2-3 ildən sonra isə bu ölkədə “Azəri qızı” ləqəbiylə tanındı. Hər halda bu ləqəbi ölkəmizin təbliğatı baxımından alqışlamaq olar. Ən azından “pişik”, “kərtənkələ” kimi ləqəblərdənsə “Azəri qızı Günel” daha yaxşıdır...

Muğam ifaçısı, əməkdar artist Cabir Abdullayevi isə səsinin məlahəti və şirinliyinə görə həmkarları Bal Cabir adlandırırlar. Hər halda sənətkarın ifası və peşəkarlığı daşıdığı ləqəbə uyğundur.

Müğənni Nüşabə Ələsgərlinin daşıdığı ləqəb isə bir növ ironik anlam daşıyır. Xatırlayırsınızsa, sənətçi 4-5 il əvvəl dünya pop musiqisinin kralı Maykl Ceksonun mahnılarından birini ifa etmiş, hələ bu da azmış kimi onun kimi rəqs eləməyə cəhd göstərmişdi. Bu gün də həmkarları Ələsgərlini “Maykl Cekson” kimi xarakterizə edirlər.

Skripka ifaçısı Ceyhun İsmayılov isə “Maestro” ləqəbini daşıyır. Amma buna daha çox təxəllüs demək olar. Çünki İsmayılov özü-özünü Maestro adlandırıb. Maraq üçün deyim ki, maestro sözü italyancadan tərcümədə müəllim deməkdir. Doğrudur, pedaqoqluq anlamında İsmayılovun bu adı daşımasında qəbahət yoxdur. Amma dünya şöhrətli dirijor Niyazidən sonra Maestro ləqəbi kiminsə adının qarşısında çox cılız görünür.

Müğənni Rəqsanə İsmayılova doğru tələffüz edə bilmədiyi bir neçə sözü ləqəb kimi daşıyır. Yadınızdadırsa, o, efiirdə şedevr sözünü sevedrə kimi tələffüz etmişdi. Sənətçinin digər ləqəbi isə “Krakadil”dir.

İntiqam Valehoğlu

***

Həmçinin oxu:

Şou-biznes müğənnilərinin qondarma titulları - ARAŞDIRMA -I YAZI
//modern.az/articles/41337/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı