Modern.az

2008-də prezident seçkisi, 2009-da referendum qanunlara əməl olunmaqla keçirildi - NAMİZƏD

2008-də prezident seçkisi, 2009-da referendum qanunlara əməl olunmaqla keçirildi - NAMİZƏD

Aktual

23 Avqust 2013, 12:43

2 gün öncə bəzi mətbuat orqanlarında polşalı professorun 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişiklər haqqında referendumuna və onun nəticələrinə kölgə salan sifarişli yazısı çap olundu.

Əvvəlcə qeyd etməliyəm ki belə sifarişli yazılar Qarabağ probleminin həllinə mane olmaqla yanaşı, həm də demokratikləşmə proseslərinə ciddi şəkildə əngəl törədir.

2008-ci ilin prezident seçkisində və 2009-cu ilin referendumunda Azərbaycanda olmayan, seçkini müşahidə etməyən polşalı professordan fərqli olaraq mən hər iki prosesdə bilavasitə aktiv müşahidələr aparmışam.  

2008-ci ildə prezident seçkisi haqqında hesabat yazdıq

Hesabat o zaman kütləvi informasiya vasitələrində çap olundu. 2008-ci ilin prezident seçkilərinin birinci mərhələsində Azərbaycan Respublikası prezidentliyinə namizəd, ikinci mərhələdə isə prezident İlham Əliyevə nə müxalifətdə, nə də iqtidarda alternativ idim. Bunları başa düşərək, mən də seçkilərin daha demokratik və ədalətli olması yolunda öz imkanlarım daxilində fəaliyyət göstərmişəm. Sonra mən Mərkəzi Seçki Komissiyasında respublika ərazisində müşahidəçi kimi qeydiyyatdan keçdiyimdən 15 oktyabr prezident seçkisi günü bilavasitə 95 seçki məntəqəsində müşahidə aparmışam. Həm prezidentliyə eks-namizəd, həm də bütün seçki prosesində fəal iştirak etdiyimdən aşağıdakıları bildirməyi zəruri hesab edirəm:

15 oktyabr prezident seçkisi prosesi, seçkinin demokratikliyi, şəffaflığı və ədalətliliyi baxımından Azərbaycan qanunlarına və dünya seçki standartlarına tam əməl olunmaqla keçirildi.

Prezident seçkisində 21 nəfərin namizədliyi irəli sürülmüşdü ki, bu da bütün əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.

Prezident seçkisinin imzatoplama, təbliğat və təşviqat kampaniyasında bütün namizədlərə bərabər imkanlar yaradıldı.

Prezident seçkisini dünyanın 60-a yaxın ölkəsindən minlərlə xarici, 50 minə yaxın yerli müşahidəçi izlədi və onların hamısı bu seçkiyə yüksək qiymət verdi.

Prezident seçkisində 500 məntəqədə veb-kameralar quraşdırıldı ki, onlar da həmin məntəqələrdəki seçki prosesini Azərbaycanın və dünyanın hər yerindən internet vasitəsilə izləməyə imkan verdi.

Prezident seçkisi hay-küysüz, lakin böyük seçki fəallığı ilə keçirildi.

Prezident seçkisi Azərbaycanın və dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfinddən obyektiv olaraq işıqlandırıldı.

15 oktyabr prezident seçkisi prezident İlham Əliyevin Azərbaycanda və regionumuzda sabitliyə, yeni demokratik proseslərin, yeni demokratik seçki mühitinin, yeni demokratik institutların formalaşmasına töhfəsi oldu.

2009-cu ildə referendum haqqında hesabat yazdıq

O zaman mənim rəhbərlik etdiyim  Demokratik Prezident Naminə Birlik refrendumla bağlı bəyanat yaydı . Mən və birliyin müşahidəçi statuslu nümayəndələri və tərəfdarları Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumda Bakı şəhərindəki Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail, Xətai rayonlarındakı seçki dairələrində yerləşən 73 məntəqədə müşahidələr apararaq prosesi izlədik.

19 mart 2009-cu il tarixdə Demokratik Prezident Naminə Birlik müşahidələrin nəticələrini araşdırmaq və 18 mart referendumuna yekun rəyini açıqlamaq üçün iclas çağırdı. Müşahidəçilərin yekdil rəyinə görə Demokratik Prezident Naminə Birlik müşahidə aparılan məntəqələrdəki faktları araşdıraraq aşağıdakıları bəyan etdi: 

Bütün məntəqələrdə seçicilərin sayı yetərsaydan bir neçə dəfə çox olub. 
2. Referendum böyük sabitlik şəraitində keçirilib. 
3. Müşahidə aparılan bütün məntəqələrdə, məntəqə seçki komissiyalarının sədrləri, komissiya üzvləri, polis və ya hökumət nümayəndələri seçki prosesinə heç bir müdaxilə etməyiblər. 
4. Konstitusiya dəyişiklikləri Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin 41 bəndini əhatə etsə də, seçicilərin böyük əksəriyyəti nəyə səs verdiklərini yaxşı bilirdilər. 
5. Referendumda nəticələrə xələl gətirən hər hansı qanun pozuntuları olmayıb. 
6. Referendum azad, ədalətli və demokratik bir şəraitdə keçirilib. 
7. Referendum Azərbaycan qanunlarına tam əməl olunmaqla beynəlxalq standartlara cavab verib. 
8. Referendumu izləyən bütün əcnəbi müşahidəçilər Azərbaycanda qısa zamanda seçki prosesində baş verən demokratik dəyişikliklərin baş verməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin postsovet məkanında müasir dövrün böyük islahatçısı olması ilə izah edirdilər. 
9. MDB ölkələrini təmsil edən bir çox müşahidəçilər Prezident İlham Əliyevin gənc bir dövlətdə demokratiya, sabitlik, islahatlar və inkişaf proseslərini üzvü surətdə uzlaşdırması siyasətinin onların ölkələri üçün də gözəl örnək olmasını gizlətmirdilər. 
10. Qərb ölkələrindən olan müşahidəçilərin hamısı Konstitusiyanın 101-ci maddəsinə edilən dəyişikliklərin hər bir ölkənin daxili işi olduğunu və bu dəyişikliklərin Azərbaycanın üzv olduğu Beynəlxalq təşkilatların nizamnamələri ilə heç bir ziddiyyət təşkil etmədiyini bildirirdilər. Bir çox Qərb və MDB ölkələrindən gəlmiş müşahidəçilər isə postsovet məkanında oturuşmuş demokratiyaya malik olmayan dövlətlər üçün 101.V maddəsinə edilən dəyişiklikləri zəruri hesab edirdilər. 

Referendum zamanı çoxsaylı məntəqələrdə müşahidəçi olan müxalifətçiləri-AXCP və Müsavat partiyalarının üzvlərini gördüm. Onlarla söhbətlər etdim. Dedilər ki, hər şey normaldı. Seckiyə müdaxilə edən yoxdu.

Onu da qeyd etməliyəm ki, həm prezident seçkisindəki, həm də referendum zamanı baş verən xırda pozuntular seçkilərin nəticələrinə təsir etməyib.

Polşalı professordan fərqli olaraq mən bu hesabatları sifarişlə yazmamışam! Bu hesabatlar mənim obyektiv müşahidələrimin nəticəsidir. 

Qüdrət İsaqov
Azərbaycanlı professor,
Fizika-riyaziyyat elmləri doktoru (Azərbaycan),
Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki (Almaniya),
ATEA-nın Fəxri Rentgen medalı laureatı (Almaniya),
Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı
baş redaktorunun müavini (Rusiya),
prezidentliyə namizəd

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir