Modern.az

İbrahimbəyov ehtiyat namizədin adını çəkdi: "Xahiş etmişəm Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər"

İbrahimbəyov ehtiyat namizədin adını çəkdi: "Xahiş etmişəm Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər"

23 Avqust 2013, 15:57

Milli Şuranın sədri və qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov tarixçi alim Cəmil Həsənlinin şuranın ehtiyat namizədi olmasını dəstəkləyir.

Rüstəm İbrahimbəyov avqustun 23-də “Media forum” saytına açıqlamasında deyib: “Cəmil Həsənlinin namizəd olması məsələsi Milli Şuranın sessiyasında müzakirə ediləcək və orada qərar veriləcək. Cəmil müəllimin namizədliyini ürəkdən dəstəkləyirəm. O, Azərbaycanın çox hörmətli və tanınmış ziyalısıdır. Hamının ona böyük hörməti var. Avqustun 22-də Milli Şura üzvlərinə müraciət göndərmişəm. Xahiş etmişəm ki, Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər.

Telefonla sessiyaya qatılacam, Milli Şura üzvlərindən xahiş edəcəm ki, müraciətimi nəzərə alsınlar və Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər”.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!