Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Qaynana”nın Afəti

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Qaynana”nın Afəti

Mədəni̇yyət

28 Sentyabr 2013, 10:57

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərimizin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı yeni rubikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumat verməyə çalışacaq.

Beləliklə, başlayaq Azərbaycanda 8 filmə çəkilən aktrisa İnara Quliyevadan... Bu ad azərbaycanlılara heç nə deməsə də, onun oynadığı bir rolun adını çəkmək kifayətdir ki, “həə, tanıdım...”deyəsən. “Qaynana” filmində Afəti xatırlayısınız? Cənnət xalaya qan udduran o həyasız gəlin rolunu məhz İnara Quliyeva oynayıb. 

O, Qaynana”da Afət və Zərifə, “Dədə Qorqud”da kəniz, “Alma almaya bənzər”də Aişə müəllimə kimi yaddaqalan rollar ifa edib. Adını Azərbaycan kinosunun tarixinə yazdıran İnara Quliyeva Rusiyanın əməkdar artistidir.

63 yaşlı İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub.1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. 

İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə “müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqli teatr tamaşalarının quruluşunu verib.

O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan “Dövlət sərhəddi”, “Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. 

Azərbaycan tamaşaçıları onu “Qaynana”da Afət rolunda, “Şir evdən getdi”də “Zürafə” rolunda və “Alma almaya bənzər” filmində müəllimə rolundan yadda saxlayıblar.

İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb. Onun sonuncu quruluş verdiyi operatta Ştrausun “Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.

Özü barədə mətbuata məlumatında İnara Quliyeva bildirib ki, köklü Moskvalıdır. “Mənim valideynlərim və nənəm, babam Moskvalıdır. Mənim adım latışlardan götürülüb. Familiyama gəlincə, babam azərbaycanlı türkü olub. Damarlarımda 4 xalqın qanı axır. Ailəmizdə teatrla heç kim məşğul olmayıb. Amma mən uşaq vaxtından aktrisa olacağıma söz vermişdim”-deyə İnara Quliyeva deyib.
İ.Quliyevanın sözlərinə görə, vaxtilə babası ilə nənəsi boşandıqdan onun Bakıdakı qohumları ilə əlaqəsi kəsilib. O, sonuncu dəfə Bakıda təxminən 30 il öncə olub.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı