Modern.az

Bakcell-dən PULSUZ Wi-Fi internet

Bakcell-dən PULSUZ Wi-Fi internet

11 Oktyabr 2013, 17:54


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müqəddəs Qurban Bayramı münasibətilə bütün Bakcell abunəçilərinə Bakı şəhərində Wi-Fi internet xidmətlərindən pulsuz yararlanmaq imkanını yaradır.

Bu ilin yay aylarında istifadəyə verilmiş Bakcell-in Wi-Fi layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif yerlərində yüksək sürətli Wi-Fi İnternet xidmətləri təklif olunur. Wi-Fi xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub. Azərbaycanın ən geniş çöl Wi-Fi əhatəsini təşkil etmək üçün Bakcell şirkəti ən son texnologiyalar tətbiq etmiş və Qurban bayramından etibarən böyük məmnuniyyətlə bu xidməti bütün Bakcell abunəçilərinə pulsuz olaraq təklif edir.

Wi-Fi xidməti aşağıda qeyd olunan yerlərdə göstərilir: Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya Parkı və İçəri Şəhər metro stansiyasının ətrafı, Fəvvarələr Meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xəqani parkı, Sahil parkı, Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Muğan parkı, Səməd Vurğun Parkı, Qış Parkı və Heydər Əliyev adına Park (Azərbaycanın Mərkəzi Bankı ilə üzbəüz).

Bu xidmətdən bütün Bakcell abunəçiləri yararlana bilər. Bakcell Wi-Fi xidmətinə qoşulmaq üçün balansınız aktiv vəziyyətdə olmalıdır. Mövcüd “hotspot” siyahısından Bakcell Wi-Fi xidmətini seçin və qoşulma şifrəsini əldə etmək üçün asan qeydiyyat prosesindən keçin. Şifrəni alandan sonra əsas səhifədə onu daxil edin və PULSUZ Wi-Fi internetindən yararlanın. İnternet xidmətinin sürəti ən yaxın Wi-Fi giriş nöqtəsinə olan məsafədən asılı olaraq 10Mb/s qədər təşkil edir. Bakcell Wi-Fi xidmətindən pulsuz istifadə 13.10.2013-cü il tarixdən 30.12.2013-cü il tarixinə qədər mümkün olacaq.

Bakcell öz müştərilərini ən mükəmməl şəbəkə keyfiyyəti ilə təmin etmək üçün şəbəkəyə sərmayə qoyuluşunu davam edəcək və Wi-Fi zonaları yaxın gələcəkdə yeni ünvanlarda da təşkil ediləcək.  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü