Modern.az

İmadəddin Nəsimidən MÜSAHİBƏ

İmadəddin Nəsimidən MÜSAHİBƏ

Ədəbi̇yyat

23 Noyabr 2013, 15:21

Metafizik aləmlərə səyahət insanın funskiyalarına daxildi.  Çünki o, öz mahiyyətində bir növ gizli aləmləri də daşıyır. Hər insan öz gizli aləminin yeganə sakinidi. Gündə neçə dəfə bu aləmi tərk edib yenidən ora qayıdırıq. Özündən kənara çıxmaq insanın boyuna biçilmiş ən ağır cəzalardandı. Yenə müsahibə götürdüm.... Bu dəfə İmadəddin Nəsimidən... Xəyali-metafizik müsahibəni sizlərə də təqdim edirik:

 

- Səni çoxları düzgün anlamadı?  Özün de ki, sən kimsən?  Mahiyyətində sığmazlıq var, yoxsa qərarsızlıq?

- Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,  

  Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam. 

 

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, 

Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.

 

  - Biz hardan gəlmişik?   Özümüz kimik? Yolumuz nədir?

 

- Mən xərabati-əzəldən məstü heyran gəlmişəm,  

 Eşq ilə yekrəng olub şadanü xəndan gəlmişəm.

 

Saqiyi-inni-ənəllah cür’əsindən ta əbəd

Məstü məstan, xəlvətindən məstü məstan gəlmişəm.

 

Həqdürür qövli-ənəlhəq də’visi həqqa ki, mən

Şahi-sultan məclisindən şahi-sultan gəlmişəm

 

- Nəsimi öz sirrini faş etdimi? Halbuki bu sirr  dövrandan daha genişdir...

 

-  Dilərəm zaman-zaman kim, səni faş edəm cahana,  

  Necə bir yana bu şəm’in cigəri düxan içində?

   

Bu dərin məaniyi gör ki, bəyan qılur Nəsimi,  

Fələkin dili tutuldu bu ulu bəyan içində.  

 

- İnsan həqiqətənmi bütün kainatı öz surətinə əks etdirə bilir? Yoxsa, hürufilər   bunu xəyal aləmində yaratmışdılar?    

 

- Üzündür gülsitan, billah, degilmi?

Sözündür kün-fəkan, billah, degilmi?  

 

Ələl-ərş istiva rəhman yəqin kim,

Üzündür ol məkan, billah, degilmi?  

  Rüxün bağında, ey hurisifətlü,

Cahan oldu cinan, billah, degilmi?

 

-Bu günün insanı cahillikdən kamilliyə gedən yollarda zülmətə düşür. O heç zaman yolun sonuna kimi gedib çata bilmir. Ona işığı necə nişan verərsiz? O, nəyi etməməlidi?

 

- Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar,

Əğyar ətəgin dutmavü əğyara yapışma.

 

Mənsur kimi istər isən mənzili-ali, 

İtirmə bəqa darı, fəna dara yapışma! 

Mənlik satanın çünki dəğəl çıxdı qumaşı,

Var, ari mətah istə, bu bazara yapışma!  

 

Kəsb eyləməyən axirəti, anı dəli bil,

Ey əql iyəsi, dünyayi-qəddara yapışma!

  -Yəqin ki, cismi istəklər insanı ruhi mərtəbələrdən ayırırır. Bizlər həqiqətənmi çox şey istəyirik?  

 

- Möhnəti çoxdur cahanın, zülmətindən gəl, saqın,  

Ey gözüm aydınlığı, zülmətdən ənvar istəmə!  

 

Güzgünü arıtmayınca, ey liqadan bixəbər?  

Surətin görmək təmənna etmə, didar istəmə!

 

Dünyanın miqdarı yoxdur, gər bilirsən qədrini,  

Qədrinə inanma, andan qədrü miqdar istəmə.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı