Arxiv
28 Sentyabr 2009, 10:50 | MEDİA
Alo…mətbuat xidmətinin rəhbəri lazımdır!

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar. Təəsüf ki, Azərbaycanda bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır. İstər dövlət, istər müstəqil, istərsə də müxalifəyönlü KİV-lərin əməkdaşları bəzi dövlət orqanlarının mətbuat xidmətlərindən kiminləsə axırıncı dəfə nə vaxt danışdıqlarını  unudublar.
Modern.az-ın əməkdaşı bir gün ərzində müxtəlif saatlarda dövlət qurumlarının mətbuat xidmətləri rəhbərlərinin və ya əməkdaşlarının yerində olub-olmadığını araşdıraraq, onlara bir neçə sualla müraciət etməyə çalışıb. Təəsüf ki, bir sıra qurumların mətbuat xidmətinə rəhbərlik edən şəxslərlə danışmaq istəyimiz baş tutmayıb. Ola bilər ki, onlar məhz bizim araşdırma apardığımız gün vacib məsələ ilə əlaqədar yerlərində olmayıblar. Təki biz düşündüyümüz kimi olsun.

Beləliklə, 25 sentyabr 2009-cu il...

Saat 10:30. Daxili İşlər Nazrliyinin (DİN) mətbuat xidmətinə telefon açırıq. Mətbuat xidməıtinin əməkdaşı Ehsan Zahidov həmişəki kimi işdədir və səlahiyyətləri daxilində suallarımıza cavab biləcəyini qeyd edir.

Saat 10:33. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətininin rəhbəri Səmayə Məmmədanın səsini eşidirik. Mətbuat xidmətinin rəhbəri suallarımıza cavab verməzdən öncə saytımızla tanış olmaq üçün bizdən vaxt istəyir. Bir neçə dəqiqdən sonra da S.Məmmədovla telefon əlaqəmiz baş tutur. O, mətbuatla işləməkdə maraqlı olduğunu bildirir.

Saat 10:35. Səhiyyə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verən yoxdur. 12:51-də növbəti zəngimizə cavab olaraq xəttin o biri başından bildirilir ki, mətbuat xidmətinin rəhbəri Anar Qədirli işdə yoxdur. Amma mətbuat xdmətinin əməkdaşı Səmayə xanım yerindədir. 14:35 radələrində Anar Qədirli yenə telefon zənglərimizə cavab vermir, çünki o, işdə deyil.

Saat: 10:38. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə etdiyimiz ilk zəngə Müşviq Əmirov özü cavab verir. Həmişə iş başında olduğunu deyən mətbuat xidmətinin rəhbəri istənilən zaman jurnalistlərin suallarını cavablandırmağa hazır olduğunu və KİV əməkdaşları ilə aralarında heç bir problem yaşanmadığını bildirir. Sonrakı saatlarda da Müşfiq Əmirov yerində idi.

Saat 10:40. Vergilər Nazirliyinin mətbuat xidməti telefon zəngimizə cavab vermir. Saat 12:55 radələrində nazirliyin mətbuat xidmətinə növbəti zəngimiz də cavabsız qalır. 14:38-də nazirliyə üçüncü dəfə telefon açsaq da, mətbuat xidmətinin rəhbəri Fariz Rüstəmovdan səs-soraq çıxmır.

Saat 10:44. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov özü bizə cavab verir. O, mətbuatla əməkdaşlığa hər zaman hazır olduğunu bildirərək, «günün istənilən vaxtında iş başındayam» deyir. Bu yerdə onu qeyd etməsək insafsızlıq olar, Xarici İşlər Nazirliyinin E.Poluxovdan əvvəlki mətbuat katibləri Xəzər İbrahim və Tahir Tağızadə də jurnalistlərlə çox operativ işləyirdi.

Saat 10:50. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Zöhrə Əliyeva telefonumuza cavab verir. Z.Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin intensiv fəaliyyət göstərdiyini deyərək, əməklaşların hər zaman iş başında olduğunu və jurnalistlərin sualarını cavablandırmaqdan qaçmadıqlarını bildirir.

Saat 11:05. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun köməkçisi Teymur Abdullayev zəngimizə cavab verir. Ona Eldar müəllimlə danışmaq istədiymizi bildiririrk. T.Abdullayev isə israrla sualımızı ona verməyi tələb edir. Ardınca da əlavə  edir ki, bütün sualara cavab verməyə hazırdır. T.Abdullayev deyir ki, Eldar Sabiroğlu vacib məsələ ilə əlaqədar otağından çıxıb, mətbuat xidmətinin rəhbəri yerində olanda jurnalistlərə cavab verir.

Saat 11:14. Zəng etdiyimiz növəbəti ünvan Təhsil Nazirliyininin mətbuat xidmətidir. Dəstəyi bir xanım qaldırır və deyir ki, mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə yerində olmadığından köməkçisilə danışmağımız məsləhətdir. 12:41-də yenidən zəng etsək də, Bayram müəllimlə danışa bilmirik. 14:45-də bir daha telefon açırıq, lakin B.Hüseynzadənin yerində olmadığı söylənilir. 

Saat 11:16. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri telefona cavab vermir. Mətbuat xidmətinə saat 12:42-də yenidən telefon açırıq. Amma mətbuat xidmətinin rəhbərini yerində tapa bilmirik. 14:50-də yenidən zəng edirik, bu dəfə də Murtuzəli Hacıyevin səsini eşidə bilmirik.

Saat 11:18. Telefon açdığımız növbəti dövlət qurumu Sənaye və Energetika Nazirliyidir. Lakin bizə cavab verən tapılmır. 12:45-də mətbuat xidmətinə növbəti zəngimiz də cavabsız qalır. Saat 14:55. Bir daha telefon açırıq. Mətbuat xidmətinin rəhbəri Azər Mənsimli ilə danışmaq üçün 1 saatdan sonra zəng etməyimiz məsləhət görülür.

Saat 11:20. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov dəstəyi qaldırmır. Saat 12:47-də yenidən zəng edirik, bu dəfə dəstəyi qaldıran xanım mətbuat xidməti rəhbərinin otaqda olmadığını bildirir. 14:58-də bir daha telefon açırıq, məlum olur ki, Namiq Həsənov hələ də otağına qayıtmayıb.

Saat 11:22. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən zənglərimizə cavab verən olmur. 12:49-da növbəti dəfə telefon açsaq da, mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlinin səsini eşidə bilmirik.
Saat 15:00. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə növbət dəfə zəng edirik. Məlum olur ki, E.Kələntərli ilə danışmaq cəhdlərimiz alınmayacaq. 

Saat 11:25. Telefon zəngimizin ünvanı Maliyyə Nazirliyinin mətbuat xidmətidir. Amma bu nazirliyin mətbuat xidmətindən də bizə cavab verən tapılmır. 12:50 radələrində nazirliyin mətbuat xidmətinə növbəti zəngimizi də çavablandırmırlar.  Saat 15:05. Maliyyə Nazirliyinin mətbuat xidmətinə zəngimizə kimsə cavab verir və bildirir ki, bir qədər sonra zəng etməyimiz məsləhətdir. Deyilən vaxtda heç kimi yerində tapa bilmirik.   

Saat 11:28. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova özü zəngimizə verərək hər zaman iş başında olduğunu bildirir. İ.İbrahimova hər zaman mətbuata açıq olduğunu deyir.

Saat 11:30. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti telefonlarımıza çavab vermir. Növbəti dəfə saat 12:53-də nazirliyin mətbuat xidmətinə telefon açırıq. Lakin yenə də mətbuat xidmətində heç kimi tapa bilmirik. 15:10-da bir daha mətbuat xidmətinin rəhbərilə danışmaq üçün səy göstəririk. Amma bu cəhdimiz də uğursuz alınır.

Saat 11:35. Telefon açdığımız sonuncu dövlət orqanı Ədliyyə Nazirliyidir. Amma Ədliyyə Nazirliyinin də mətbuat xidmətindən zəngimizə cavab verməli olan məsul şəxs yerində deyil. Saat 12:58. Yenidən mətbuat xidmətinə zəng edirik. Bu dəfə xəttin o biri başından bildirilir ki, mətbuat xidmətinin rəhbəri otaqda deyil. Saat 15:15-də təkrar telefon zəngimizə cavab olaraq bildirilir ki, mətbuat xidmətinin rəhbəri otaqda olsa da, bərk məşğuldur.


Aqil LƏTİFOV    
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Adil Əliyev sədr müavini seçildi 19 Aprel 2019, 12:41 Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskil ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatr peyvənddən yayındırılan körpələrin valideynlərinə XƏBƏRDARLIQ ETDİ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10