Modern.az saytı "Ria-Novosti"yə istinadən xəbər verir ki, Ukrayna paytaxtı Kiyevdə avrointeqrasiya tərəfdarları prezident Yanukoviçin əleyhinə kütləvi mitinqi davam etdirilər. Aksiya iştirakçıları Müstəqillik meydanını hasarlayan polis kartonunu və dəmir lövhələri dağıdaraq meydanda daxil olaraq orada mitinq keçirirlər.
Aksiya iştirakçıları Prezident Admininstrasityasına hücum çəkiblər. Bu zaman polislə baş verən qarşıdurmada tərəflərdən bir neçə nəfər xəsarət alıb. Bu hücum zamanı aksuya iştirakçıları arasında olan provakatorlar ələ keçirdikləri buldozeri xüsusi təyinatlıların üzərinə sürüb.
Parlamentin ən böyük müxalifət fraksiyasının lideri Arsen Yatsenyuk bəyan edib ki, Ukraynanın baş naziri Nikolay Azarov istefa verməyincə, mitinq iştirakçıları "Maydan"ı tərk etməyəcəklər.
UDAR müxalifət partiyasının lideri Vitali Kliçko aksiya iştirakçılarını provokasiyaya uymamağa çağırıb.