Ukraynada avrointeqrasiya tərəfdarlarının prezident Yanukoviş əleyhinə etiraz aksiyaları davam edir. Kiyevdə Nazirlər Kabinetinin girişi “canlı zəncirlə” mühasirəyə alınıb. Modern.az. saytı Ukrayna KİV-nə istinadən bildirir ki, binanın əsas girişində fəalların 3 cərgəsi dayanaraq səhər aksiyasına hazırlaşırlar. Məlumatda bildirilir ki, hətta süpürgəçiləri də binaya buraxmayan etirazçılar “Ümummilli tətil elan olunub. Burada nə işiniz var, gedin evinizə” deyirlər.