Modern.az

Ramiz Rövşən klassiki...

Ramiz Rövşən klassiki...

Ədəbi̇yyat

15 Dekabr 2013, 20:15

"Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər...
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki,
bir az naşıdı, naşı.

İt hürər, karvan keçər...
Yox, mən karvan deyiləm,
Mən – karvanı talanmış
tənha, yorğun bir dəvə.
Dörd tərəfi bürüyən toz-dumanın içində
Baş götürüb gedirəm
ağlım kəsən tərəfə."

"20-ci əsrin 70-ci illərindən ədəbiyyatın çöhrəsində çox sayda epizod gözəlliklərini xatırladan şairlər oldu, ancaq üç şair vardı ki, bunlar qalıcı bir aura yarada bildilər. Yəni bunlar ayrılıqda bir fəsil deyil, bir mövsüm deyil, bütün mövsümlərin sintezi kimi bir geniş vaxt məfhumunu əhatə edən şairlərdir. Əli Kərim, Məmməd Araz və Ramiz Rövşən. Mənim şüuraltımda oturan bu adlardır. Başqalarının haqqına girmiş olmayaq, bəlkə kimin üçünsə daha parlaq istedadlar var, burada söhbət istedaddan da fərqli olan qalıcı bir söz aurasından gedir, fikrimcə."

Ötən həftə yazdığım məqalədən alıntıdır bu fikirlər. Ramiz Rövşənlə illərdir hansı yaş və arena məsafəsində olmağımızın fərqini görmədim. Hər mövzuda fərqli baxışları rahatca müzakirəyə çıxara biləcəyin bilgə və dəyərli şəxsiyyət! O yalnız şer yazmadı, niyə şair olduğunun, və niyə şer yazdığının izahını verə bildi. 67 ilin ən böyük uğuru da elə ağılın kəsdiyi tərəfə getməkdir. Çünki o tərəfə arxanca yürüyən dəyər verdiyin ağılları görəcəksən həmişə...Təbrik edirəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır